Alternative content

08:47 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Koronavirusa “Covid-19” rəsmi adı verilib
Koronavirusa “Covid-19” rəsmi adı verilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:46 12.02.2020
 

Mindən artıq insanın həyatına son qoyan yeni koronavirusa Dünya Səhiyyə Təşkilatının (DST) Cenevrədə keçirilən konfransında "Covid-19” rəsmi adı verilib.

AZƏRTAC bu barədə BMT-nin xəbərlər mərkəzinə istinadla bildirir.
 

"Koronavirus haqqında bizim bilmədiklərimiz hələ çoxdur... Biz sizin bilik və təcrübənizdən istifadə edərək, öz suallarımıza cavab tapmaq, yəqin ki, hələ də bizə məlum olmayan problemləri üzə çıxarmaq istəyirik”, - deyə DST-nin baş direktoru Tedros Adhanom Gebreyesus konfransı açaraq bildirib.

Forum iştirakçıları qarşısında qoyulan məsələlərdən biri gələcək tədqiqatların "Yol xəritəsi”ni hazırlamaqdır. Bu işə həm alimlər, həm də donorların cəlb ediləcəyi nəzərdə tutulur. DST rəhbəri hesab edir ki, ilk növbədə, laboratoriya materiallarının mübadiləsini qaydaya salmaq vacibdir. Onun sözlərinə görə, vaksinlərin işlənib hazırlanması 18 ay çəkə bilər. Bu səbəbdən beynəlxalq ictimaiyyət əhalini təhlükədən qorumaq məqsədilə köməkçi vasitələrdən istifadə etməlidir.

DST-nin baş direktoru Tedros Adhanom Gebreyesus konfransda, həmçinin yeni koronavirusa "Covid-19” rəsmi adının verilməsini də bəyan edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM