Alternative content

11:19 07 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İqtisadi inkişaf ölkənin elektrik enerjisi ilə təchizatının daha etibarlı və dayanıqlı olmasını tələb edir
İqtisadi inkişaf ölkənin elektrik enerjisi ilə təchizatının daha etibarlı və dayanıqlı olmasını tələb edir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:49 12.02.2020


Prezident İlham Əliyev fevralın 10-da Pirallahı rayonunda "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq "Dübəndi” yarımstansiyasının açılış mərasimində iştirak edib.

Qeyd edək ki, dövlət başçısının təşəbbüsü ilə digər sahələrdə olduğu kimi, ölkənin enerji təminatının yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür. Bunun sayəsində ölkənin dayanıqlı enerji ilə təchizatına nail olunmaqla yanaşı, ixrac imkanları da genişlənir.

"Dübəndi” yarımstansiyasının yenidən qurulması "Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası nəticəsində mümkün olub.

Həmin yarımstansiyanın fəaliyyətə başlaması Xəzər və Pirallahı rayonlarının enerji ilə fasiləsiz və dayanıqlı təminatında mühüm rol oynayacaq. Son dövrlər bu iki rayonda çoxlu sayda sosial və biznes obyektləri fəaliyyətə başlayıb. Sözsüz ki, bunun sayəsində enerjiyə tələbat da artıb. "Dübəndi” yarımstansiyası bu sahədə olan çatışmazlıqların aradan qaldırılmasına imkan verəcək.

Bu yarımstansiyada daha güclü transformatorlar quraşdırılıb, mikro SCADA sistemi yaradılıb. Görülən tədbirlər sayəsində güc defisiti aradan qaldırılmaqla yanaşı, etibarlıq və dayanıqlıq təmin edilib. Burada quraşdırılan avadanlıqların açıq tiplidən qapalı tipliyə keçirilməsi yarımstansiyanı atmosfer şəraitinin təsirinə məruz qalmaq təhlükəsindən qoruyur. Həyata keçirilən yenidənqurma zamanı 63 MVA gücündə iki yeni transformator bina daxilində yerləşdirilib ki, bunun da sayəsində yarımstansiyanın gücü 126 MVA-ya çatdırılıb. Onu da qeyd edək ki, bu yarımstansiya Bakıətrafı kənd və qəsəbələrin çox hissəsini, Pirallahı Sənaye Parkını, qaçqın və məcburi köçkün şəhərciyini, kabel zavodunu, "Zirə Ekopark” kompleksini və digər yerli əhəmiyyətli obyektlərin enerji ilə təminatında mühüm rol oynayacaq.

Prezident İlham Əliyev stansiyanın açılış mərasimində ölkədə bu istiqamətdə görülən işləri yüksək qiymətləndirərək demişdir: "Dübəndi” yarımstansiyası indi bütün yüksək standartlara cavab verir və böyük ərazini elektrik enerjisi ilə qidalandıracaq. Əvvəlki yarımstansiyanın vəziyyəti çox acınacaqlı idi, demək olar ki, sıradan çıxmışdı. Ona görə yeni yarımstansiyanın tikintisi zəruri idi və bunu da "Azərenerji” yüksək səviyyədə təşkil edib... Son illərdə bu sahəyə göstərilən diqqət elə vəziyyət yaradıb ki, Azərbaycan artıq enerji təminatçısına çevrilib. Əvvəlki dövrlərdə biz idxaldan asılı idik. İndi isə öz tələbatımızı tam təmin edib, hətta ixrac da edirik”.

Elektrik enerjisi sahəsində də infrastrukturun təkmilləşdirilməsi istiqamətində mühüm layihələr icra edilir. Məlum olduğu kimi, ötən il "Şimal-2” elektrik stansiyası istifadəyə verilmişdir. Bu stansiyanın istehsal gücü 400 meqavatdır. Bununla yanaşı, Mingəçevir İstilik Elektrik Stansiyasında və digər stansiyalarda aparılan təmir-bərpa işləri nəticəsində təxminən 400 meqavat itirilmiş generasiya gücü bərpa edilmişdir. Görülən işlər sayəsində keçən il 800 meqavat əlavə generasiya gücü yaradılmışdır. Beləliklə, ölkəmizin daxili tələbatı ödənildikdən sonra 1000 meqavat artıq generasiya gücü yaranmışdır ki, bu da enerjinin ixracından 60 milyon dollar gəlir əldə etməyə imkan verir.

Ölkəmizdə müasir texnika və texnologiyalardan istifadə etməklə alternativ enerjinin əldə edilməsinə də böyük diqqət ayrılır. Keçən ilin sonunda Bakıda iki böyük investorla iki layihənin icrası üzrə müqavilə imzalanmışdır. Bu, ölkəmizdə bərpa olunan enerji növlərinin yaradılması istiqamətində mühüm addımdır. Həmin müqavilələrin şərtlərinə görə, iki böyük elektrik stansiyası tikiləcək - biri külək, digəri günəş. Birlikdə gücü 440 meqavat nəzərdə tutulan bu stansiyalar regionun ən böyük analoji obyektləri olacaq. Onu da qeyd edək ki, bu layihə bütünlükdə investorların vəsaiti hesabına reallaşacaq.

Məlum olduğu kimi, ölkəmizdə bərpa olunan enerji növlərinin yaradılması üçün başqa layihələr də icra edilir. 50 meqavatlıq belə stansiyalardan biri istismara verilib. 84 meqavatlıq yeni stansiyanın layihələndirilməsi işləri isə başa çatmaq üzrədir. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizin enerji balansında bərpa olunan enerjinin payı hazırda təqribən 17-18 faizdir. Bu istiqamətdə həyata keçirilən uzunmüddətli strategiyaya uyğun olaraq, hədəf həmin göstəricini 30 faizə çatdırmaqdır. Azərbaycanda günəş və külək enerji stansiyalarının qurulması üçün kifayət qədər əlverişli yerlərin mövcudluğu buna imkan verir. Onu da qeyd edək ki, Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan enerjinin əlçatanlığına görə dünyada ikinci yerdə qərarlaşıb.

Rüstəm KAMAL,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM