Alternative content

10:36 26 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
03:49 26.02.2020 Xocalıdan Missuriyə...
03:48 26.02.2020 Qanlı cinayət unudulmur
03:46 26.02.2020 Qanlı xatirə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Obyektiv və rəqabətli
Obyektiv və rəqabətli
ANA SƏHİFƏ / SİYASƏT
00:47 12.02.2020


Beynəlxalq müşahidəçilər parlament seçkilərini Azərbaycanda demokratiya yolunda mühüm addım kimi qiymətləndirdilər


Fevralın 9-da Azərbaycanda altıncı çağırış Milli Məclisə seçkilər ölkənin siyasi tarixinə yazılan əlamətdar günlərdən biri oldu. Seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılmışdı.

Yerli və beynəlxalq müşahidəçilərlə yanaşı, xarici kütləvi informasiya vasitələrinin və digər aşkarlıq institutlarının sərbəst fəaliyyəti üçün hər cür şərait mövcud idi. Seçkilərdə "exit-poll” keçirmək məqsədilə MSK-ya müraciət edən 3 təşkilatın hamısı qeydə alınmışdı ki, onların da 2-si öz fəaliyyətlərini xarici partnyorları ilə birgə qurmuşdu.

Əvvəlcə onu xatırladaq ki, müstəqil Azərbaycanda ilk Konstitusiyanın qəbul olunduğu 1995-ci ildən bugünədək beş prezident (1998, 2003, 2008, 2013 və 2018), altı parlament (1995, 2000, 2005, 2010, 2015 və 2020), beş bələdiyyə (1999, 2004, 2009, 2014 və 2019) seçkiləri keçirilib.

Ölkədə keçirilən hər bir seçki demokratiya yolunda irəliyə doğru atılmış mühüm bir addım kimi qiymətləndirilib. Bu dövr ərzində seçkilərin həm qanunverici, həm maddi-texniki bazası yüksək səviyyəyə qaldırılıb və bütün bu göstəricilər beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib. Elə VI çağırış Milli Məclisə seçkilərə hazırlıq, seçki prosesi, xalqın seçkilərə münasibəti də beynəlxalq ekspertlər tərəfindən çox yüksək qiymətləndirildi. Beynəlxalq təşkilatların, ayrı-ayrı qurumların müşahidə missiyalarının rəylərinə nəzər yetirsək, bunu aydın şəkildə görərik.


"Azərbaycanda demokratiyanın bu qədər yüksək səviyyədə olması bizi sevindirir”


"Azərbaycan xalqına təşəkkür edirik. Onlar sabahına sahib çıxaraq istədikləri namizədə səs verdilər”. Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Müşahidə Missiyasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım söylədi. Onun sözlərinə görə, seçkilərdə çoxlu sayda gəncin iştirak etməsi mütərəqqi addımdır: "Siyahıda çoxlu sayda gəncin olması bizi sevindirir. Qafqazın parıldayan ulduzu Azərbaycanın daha da güclü olmasını diləyirəm”.

TBMM-in üzvü Orhan Erdem isə bildirdi ki, seçki günündə iki qrupa ayrılaraq Bakı və Sumqayıtda müşahidələr aparıb, bir gün əvvəl isə Qubada seçkiyə hazırlıq prosesini izləyiblər: "Seçkilərin çox sakit və rahat şəkildə keçdiyinin şahidi olduq. Əsas diqqətimizi çəkən seçki məntəqələrində heç bir polis və hərbi formada olan insanların olmaması idi. Bu, özü də insanların rahatlıqla səs verdiyini göstərirdi. Qısa müddətdə Azərbaycanda demokratiyanın bu qədər yüksək səviyyədə olması bizi sevindirir”.

TBMM-in dügər üzvü Yunus Kılıç isə hesab edir ki, 1300-dən çox namizədin, 19 partiyanın iştirakçı olması seçkinin obyektiv və rəqabətli keçməyini göstərir: "Seçki məntəqələrində kameraların olması, müşahidəçilərin prosesi istənilən yerdən izləyə, seçicilərin istənilən kabinədə səs verə bilməsi və ümumilikdə təşkilatçılıq yüksək səviyyədə idi: "Azərbaycan seçkini izləmək üçün çoxlu sayda beynəlxalq müşahidəçi dəvət edib. Bu, özü Azərbaycanın açıq və şəffaf olduğunu göstərir. Məntəqələrdə hər kəs seçki prosesini rahat şəkildə müşahidə edə bilirdi”.

Onun fikrincə, namizədlərin seçkiyə qədər ev-ev gəzərək özlərini tanıtması demokratiyanın göstəricisidir.

TBMM-in digər üzvü Uğur Bayraktutan seçki məntəqələrində kameraların olmasını, seçicilərin sərbəst səs verə bilməsini, polislərin məntəqələrdə olmamasını çox yüksək dəyərləndirdi: "Mənə ən çox təsir edən seçki qutularının yanında Azərbaycan bayraqlarının olması idi. Bundan çox təsirləndim, Türkiyəyə geri dönəndə seçki zamanı bayraqların qutunun yanına qoyulmasını təklif edəcəyəm. Bütün Azərbaycan xalqına, namizədlərə təşəkkür edirəm və Azərbaycanın gələcəyinin aydın olmasını diləyirəm”.

GUAM Parlament Assambleyasının müşahidə missiyasının üzvü, ukraynalı deputat Maryan Zablotski isə dedi ki, Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara və ölkə qanunvericiliyinə uyğun şəkildə həyata keçirilib. Seçicilərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb.


Seçkilər beynəlxalq standartlara uyğun olaraq keçirildi


"Azərbaycanda Milli Məclisə seçkilərdə demokratik şərait yaradılıb, seçkilərin keçirilməsində beynəlxalq və ölkə qanunlarına əməl edilib, namizədlərin mətbuata çıxışına, seçicilərlə görüşünə bərabər şərait mövcud olub”.

Bu fikirləri seçkilərlə əlaqədar keçirdiyi mətbuat konfransında TürkPA müşahidə missiyasının rəhbəri İsmet Uçma söylədi. Müşahidə missiyasının həm Bakı, həm Şamaxı, həm də Qobustanın əksər məntəqələrində səsvermə prosesini izlədiyini vurğulayan diplomat bildirdi ki, müşahidə missiyası məntəqələrin komissiya sədrləri və seçicilərlə görüşüb, qadın və gənclərin istər namizəd, istərsə də seçici kimi iştirak etdiyini müəyyən edib: "Bunun bu qədər yüksək olması Azərbaycanda təməl haqq və azadlıqların nə qədər vacib olması baxımından əhəmiyyətlidir. Səsverməyə gələnlərin sevincli olduğunu gördük. Bununla deyə bilərik ki, seçki prosesi şəffaf keçirilib. Heyətimiz heç bir pozuntu halına rast gəlməyib. Biz Milli Məclisə seçkilərin beynəlxalq standartlara və hüquqa uyğun olaraq keçirildiyinə qərar vermişik. Azərbaycan dövlətinə bizə müşahidə prosesini aparmaq üçün yaratdıqları şəraitə görə təşəkkür edirəm”.


"Seçicilər azad şəkildə öz seçimlərini edirdilər”


Belarus parlamentinin müşahidə missiyasının rəhbəri Sergey Raçkov keçirdiyi mətbuat konfransında dedi ki, Azərbaycanda seçkiyə hazırlıq səviyyəsi də, namizədlər üçün yaradılan şərait də çox yaxşı idi. Bu da şəffaflığın və ədalətli seçkinin olduğunu göstərirdi. Bunu seçki günü vənəndaşların məntəqələrə gələrək səsvermə prosesində iştirakı da bir daha təsdiqlədi: "Seçicilər azad şəkildə öz seçimlərini edirdilər. Onlar məntəqələrdə heç bir təsirə məruz qalmırdılar. Əksər məntəqələrdə "exit-poll” təşkil olunmuşdu”.

Almaniyanın Bavariya bölgəsi parlamentinin deputatı Uli Henkelin də fikirləri maraqlı oldu. Deputat mətbuata açıqlamasında dedi ki, bütün suallarına seçki məntəqələrində cavab tapıb: "Heç kim bizə problem yaratmadı. Bu, bizim üçün önəmli idi. Hər şey gözlədiyimiz kimi oldu. Seçkilər demokratik və şəffaf keçdi. Seçki məntəqələrində çox sayda seçici və müşahidəçi var idi. Bu xüsusi olaraq diqqətimi cəlb etdi”.

Seçki günü 4 məntəqədə müşahidə aparan Yunanıstan parlamentinin deputatı Lazaros Tsavdaridis isə dedi ki, olduğu məntəqələrin hər birində seçicilər, müşahidəçilər, siyasi partiyaların nümayəndələri və könüllülərlə söhbətləşib. Seçki prosesi onlarda xoş təəssürat yaradıb.


"Yaşlı insanların seçkilərə gələrək səs verməsi sadəcə valehedici idi”


İsraildən olan beynəlxalq müşahidəçi Roman Gureviç seçkilərin şəffaf və demokratik şəraitdə keçdiyini bildirdi. Seçkidən bir neçə gün əvvəl Bakıya gəldiyini deyən müşahidəçi 6 seçki məntəqəsində müşahidə aparıb. Daha çox gənclərin seçkilərə maraq göstərdiyinin şahidi olub: "Gənclərin səsverməyə həvəsi çox müsbət haldır. Müşahidə apardığımız məntəqələrdə hər hansı qanun pozuntusu ilə rastlaşmadıq”.

Seçkilərin nəticələri ilə bağlı fikirlərini bölüşən digər müşahidəçi Boris Qrosman qeyd edib ki, artıq Azərbaycanda keçirilən seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsinə ehtiyac yoxdur. "Hesab edirəm ki, siz artıq özünüz başqa ölkələrdə müşahidəçi kimi iştirak edə bilərsiniz. Yaşlı nəslin nümayəndələrinin seçkilərə gələrək səs verməsi sadəcə valehedici idi. Belə soyuq, şaxtalı və küləkli havada seçicilərin fəal olacaqlarına ümidimiz az idi. Lakin hər şey gözlədiklərimizin əksinə oldu”.

MDB-nin Parlamentlərarası Assambleyası Şurasının müşahidə missiyası 15 seçki məntəqəsində müşahidə aparıb. Belaruslu deputat İqor Komarovski keçirdiyi mətbuat konfransında seçkilərin seçicilərin yüksək fəallığı şəraitində sakit keçdiyini söylədi.

Müşahidəçinin sözlərinə görə, seçkilərdə müxtəlif partiyaların və namizədlərin təmsilçisi olan yerli müşahidəçilərin çoxluğu müsbət amildir. Onların hamısının səsvermənin gedişatını izləmək imkanı var: "Biz onlarla ünsiyyət quraraq çox ciddi problem və iradların olmadığını öyrəndik. Azərbaycanda seçki məntəqələrinin hər biri qanunvericiliyin bütün tələblərinə, məhz ümumxalq, bərabər və demokratik seçkilərin keçirilməsi standartlarına cavab verir”.


"Dairə komissiyalarında işi qüsursuz təşkil ediblər”


MDB PA-nın müşahidəçilər missiyasının üzvü Aleksandr Başkin isə parlament seçkilərinin respublikanın qanunvericiliyinə və beynəlxalq normalara ciddi şəkildə əməl edilməklə keçirildiyini dedi: "Bir neçə məntəqədə olduq. Seçki məntəqələrində olan mehriban və sakit ab-hava diqqətimizi cəlb etdi. Hansısa münaqişəli və mənfi hallar yaşanmayıb. Bununla yanaşı, bir-birinə rəqib olan müxtəlif partiyalardan və namizədlərdən çoxlu sayda müşahidəçi var. Bu prosesə ümumi münasibət çox pozitiv və məsuliyyətlidir. Bununla belə, onlardan heç biri hansısa pozuntunu müşahidə etməyib, müvafiq şikayət daxil olmayıb. Seçicilər tərəfindən də heç bir şikayət yoxdur. Mən Azərbaycanın Seçki Məcəlləsinə yaxşı bələdəm və görürəm ki, qanunvericiliyin tələb etdiyi hər şey dəqiqliyi ilə yerinə yetirilir”.

Rusiya Dövlət Dumasının deputatı, MDB PA-nın müşahidəçisi Kazbek Taysayev MSK-ya təşəkkür etdi: "Mən Mərkəzi Seçki Komissiyasına kadrların hazırlanmasına görə təşəkkürümü bildirmək istəyirəm. Onlar öz növbəsində dairə komissiyalarında işi qüsursuz təşkil ediblər. Biz bir çox məntəqələrdə olduq. Seçicilər üçün bütün şərait yaradılıb. Heç bir pozuntuya rast gəlməmişik”.

MDB PA-dan olan digər müşahidəçi Qaqauz Flodor öz növbəsində bəyan etdi ki, Azərbaycanda seçkilər prosedur baxımından kifayət qədər mütəşəkkil keçib: "Bizim olduğumuz bütün seçki məntəqələrində kifayət qədər müşahidəçi var idi. Mənim müşahidələrimə görə, səsvermədə yaşlı nəslin nümayəndələri xüsusi fəallıq göstərirdilər. Seçicilərin fəallığı onu göstərir ki, vətəndaşların əksəriyyəti öz ölkələrinin gələcəyi üçün, parlamentə seçəcəkləri şəxslər üçün məsuliyyət hissini dərk edirlər”.

Şanxay Əməkdaşlıq Təşkilatının seçki müşahidə missiyasının rəhbəri, baş katibin müavini Sherali Saidamir Jonon isə qeyd etdi ki, məntəqələrdə seçicilərlə yanaşı, namizədlərin nümayəndələri və digər müşahidəçilərlə söhbətləşiblər. Azərbaycan Xarici İşlər Nazirliyinin dəvəti əsasında seçkiləri müşahidə üçün ölkəyə gəldiklərini bildirən baş katibin müavini deyib ki, müşahidə apardıqları məntəqələrdə seçkilərə hazırlıq prosesi onlarda xoş təəssüratlar yaradıb.

Beləliklə, beynəlxalq müşahidə missiyalarının, xarici qonaqların fikirlərinə əsaslanaraq deyə bilərik ki, parlament seçkiləri Azərbaycanda demokratiya yolunda irəliyə atılmış mühüm bir addımdır. Parlament seçkiləri Azərbaycanın seçki praktikasında tətbiq edilən və prosesin demokratikliyinə xidmət edən yeniliklərlə əlamətdar olub.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM