Alternative content

02:35 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiyalı deputatlar və ekspertlər: “Azərbaycanda seçkilər dürüst, ədalətli, azad və şəffaf olub”
Rusiyalı deputatlar və ekspertlər: “Azərbaycanda seçkilər dürüst, ədalətli, azad və şəffaf olub”
ANA SƏHİFƏ / SİYASƏT
00:42 12.02.2020


Azərbaycan Respublikası Milli Məclisinə seçkilər dürüst, ədalətli, azad və şəffaf olub və mövcud qanunvericiliyə uyğun keçirilib.

AZƏRTAC xəbər verir ki, bu rəy "Sotrudniçestvo” beynəlxalq münasibətlər institutunun müşahidə missiyasının fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasında parlament seçkilərinə dair hesabatında yer alıb. Missiyanın tərkibinə Dövlət Dumasının deputatları Aleksey Juravlyov, Sergey Marinin, Yelena Strokova, Boris Çernışov, Maksim İvanov, ekspertlər Lyudmila Kozlova, Oleq Kuznetsov, Yevgeni Kondraxin, Yelena Brızqalina, Valeri Fyodorov, Sergey Voronin, Yelena Marinina, Sergey Markov, Darya Qrevtsova, Ramin Qasımov, Aleksey Bıçkov daxil olublar.

AZƏRTAC-a daxil olmuş hesabatda deyilir ki, müşahidəçilər qrupu öz missiyasına fevralın 7-də başlayıb. Onun fəaliyyəti müvafiq beynəlxalq qaydalara və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanır. Müşahidə missiyası zamanı qrup Mərkəzi Seçki Komissiyası, yerli və beynəlxalq müşahidəçilərlə sıx əlaqə saxlayıb, açıqlıq və şəffaflıq prinsiplərini rəhbər tutub. Müşahidəçilər qrupunun ofisi Bakıda olub.

Müşahidəçilər qrupunun hesabatında qeyd olunub ki, seçicilər, müşahidəçilər və polislər üçün seçkilərə dair bir sıra informasiya xarakterli kitab və materiallar çap edilib, həmçinin seçkiqabağı kampaniya zamanı reklam və izahat layihələri həyata keçirilib, KİV-də elanlar yerləşdirilib.

Seçicilər, müşahidəçilər və digər maraqlı şəxslər seçkilər haqqında (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) internet saytlarında zəruri informasiyaları almaq imkanlarına malik olublar.

Qeyd olunub ki, Seçki Məcəlləsinə uyğun olaraq, seçicilərin tam siyahısı seçki məntəqələrində və Mərkəzi Seçki Komissiyasının dairələrində saxlanılıb. Siyahılar iki nüsxədə çap olunub və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 46-cı maddəsinə uyğun olub.

Seçicilərin siyahısı tanış olmaq üçün həm də MSK-nın saytında və seçki dairələrindəki stendlərdə yerləşdirilib. Hər bir seçici öz adının siyahıda olmasını, şəxsi məlumatlarını (ad, soyad, atasının adı, doğum tarixi, seçki məntəqəsinin sayı) göstərməklə bilavasitə yerində və ya axtarış sistemi vasitəsilə yoxlaya bilib. Seçki məntəqələri üzrə bütün zəruri məlumatlar, xəritələr, nəqliyyat sxemi seçicilərin rahatlığını təmin etmək məqsədilə saytlarda yerləşdirilib. Hər hansı pozuntuların aşkar edilməsi zamanı seçicilər "115” qaynar xəttinə zəng edə və ya onlayn müraciəti doldurmaqla MSK-ya müraciət ünvanlaya bilib. Daxil olan bütün müraciətlərə baxılıb və müvafiq tədbirlər görülüb. Seçicilər öz adlarının seçici siyahısında olmaması ilə əlaqədar həm də dairə seçki komissiyalarına müraciət edə biliblər.

"Sotrudniçestvo” beynəlxalq münasibətlər institutunun müşahidə missiyasının olduğu bütün seçki məntəqələri səsvermə üçün qutularla, kabinələrlə, masalarla, dəftərxana ləvazimatı və bütün zəruri avadanlıqlarla təmin edilib. Səsvermə üçün qutular onların doluluğunu görmək üçün yetərincə şəffaf olub. Daxil olmuş informasiyalara uyğun olaraq, minə yaxın seçki məntəqəsində onlayn veb-kameralar quraşdırılıb. Müşahidəçilər qrupu namizədlər, bülletenlərin doldurulması və Seçki Məcəlləsinin pozulmasına görə cinayət və inzibati məsuliyyət barədə məlumatlar olan xüsusi stendlərin mövcudluğunu qeyd edib.

Hər bir seçici şəxsən və təklikdə səs verib. Bülletenlər heç kimin daxil olmağa ixtiyarı olmayan kabinələrdə doldurulub və gizli səsvermə üçün bütün xüsusi texniki vasitələrə malik olub. Məntəqə seçki komissiyalarının üzvləri və müşahidəçilər heç bir maneə və təzyiq olmadan fəaliyyət göstəriblər. Səsvermənin keçirildiyi müxtəlif məntəqələrdə müşahidələr zamanı seçicilərin iradəsinə təsir göstərilməsi və ya səsvermənin gizliliyinin pozulması halları aşkar edilməyib.

Bundan başqa, məntəqə seçki komissiyaları tərəfindən səhhəti ilə bağlı seçki məntəqəsinə gələ bilməyənlər üçün imkanlar yaradılıb. Bu məqsədlə seçki məntəqələrində daşınan qutular olub.

Bəzi tək-tük nöqsanlar və çatışmazlıqlar səsvermənin gedişatına və seçicilərin öz seçimini azad yerinə yetirməsinə heç bir təsir göstərməyib.

Müşahidəçilər qrupunun üzvləri seçki məntəqələrinin bağlanılması, səslərin sayılması və səsvermənin yekunlarına dair protokolların tərtibi proseslərini izləyiblər və qeyd ediblər ki, bütün proses ölkənin seçki qanunvericiliyinin tələblərinə müvafiq şəkildə aparılıb.

"Sotrudniçestvo” beynəlxalq münasibətlər institutunun Azərbaycan Respublikasında 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərinə verdiyi qiymət onun üzvlərinin öz müşahidələri, qısamüddətli və uzunmüddətli monitorinq zamanı toplanmış qanunvericiliyin, material və informasiyaların öyrənilməsi və təhlilinə əsaslanıb.

"Azərbaycan Respublikasında 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərinin monitorinqinin gedişində səsvermənin nəticələrinə təsir edə biləcək seçki qanunvericiliyinin pozulması halları qeydə alınmayıb. Ümumilikdə seçkilər Azərbaycan Respublikasının seçki qanunvericiliyinə və hamı tərəfindən tanınan demokratik normalara müvafiq şəkildə keçirilib.

Bütün bunları nəzərə alaraq seçkilərin dürüst, ədalətli, azad və şəffaf olduğunu və qüvvədə olan qanunvericiliyə uyğun şəkildə keçdiyini söyləmək olar”, -deyə hesabatda qeyd olunur.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM