Alternative content

10:52 07 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMT-nin Dünya Turizm Təşkilatı: “Azərbaycan dünyada turizmin ən sürətlə inkişaf etdiyi 20 ölkədən biridir”
BMT-nin Dünya Turizm Təşkilatı: “Azərbaycan dünyada turizmin ən sürətlə inkişaf etdiyi 20 ölkədən biridir”
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:41 12.02.2020


BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) "Dünya Turizm Barometrinin” (World Tourism Barometer (WTB) Annex 18) yanvar hesabatına əsasən, Azərbaycan dünyada turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biri kimi qiymətləndirilib. Qeyd edək ki, hesabat ildə dörd dəfə nəşr olunur və turizm istiqamətləri üzrə ən son məlumatların təhlilini özündə cəmləşdirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təhlilçisi Nərmin Kazımlı bildirir ki, bir qədər əvvəl açıqlanan "İnternational Tourism Highlights 2019” məlumatında da Azərbaycana gələn turistlərin ümumi sayında 2017-ci illə müqayisədə 2018-ci ildə 6,2 faiz artım olduğu qeyd edilib. Müqayisə etdikdə müşahidə olunur ki, Azərbaycan Latviya, Estoniya, Rusiya, Türkmənistan, Qırğızıstan, Ukrayna kimi region, inkişaf etmiş Avropa dövlətlərindən isə İspaniya, Fransa, Avstriya, Almaniya kimi ölkələri geridə qoyub. Həmçinin 2019-cu ildə 11,4 faiz artımla Azərbaycan 18-ci yerdə qərarlaşmaqla ən sürətlə inkişaf edən ölkələrdən biri olaraq dəyərləndirilib. Hesabatda qeyd olunub ki, vacib idman tədbirlərinə evsahibliyi, viza prosesinin sadələşdirilməsi və beynəlxalq mətbuatda aparılan reklam kampaniyaları ölkədə turizmin inkişafını təşviq edib. Turizm sektorunda xidmət paketlərinin yenilənməsi, müxtəlif turizm fəaliyyət növlərinin səmərəli təbliği, fiziki və sosial regional turizm infrastrukturunun məqsədyönlü inkişafı istiqamətində əsaslı tədbirlər icra edilib. Həmçinin ənənəvi və müasir müalicə imkanlarından istifadə edilməklə sağlamlıq, perspektivli qış turizmi və ekoturizmin inkişafına investisiya qoyuluşları və bu kimi digər tədbirlər turizmin ÜDM-də payının artımına, yeni iş yerlərinin yaradılmasına öz töhfəsini verir.

Təhlilçi əlavə edir ki, turizm qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələrdən biridir. Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edilməsi, hava əlaqəsinin və ölkəyə əlçatanlığın artırılması, qədim tarixə, ənənəvi dəyərlərə, cəlbedici təbiətə malik olması və yerli dəyərlərin beynəlxalq aləmdə uğurla təbliği bu sahənin əsas potensial imkanlarından hesab olunur. Ölkədə turizm sektorunun inkişafının dəstəklənməsi nəticəsində mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 2015-ci illə müqayisədə 2018-ci ildə 60 ədəd, müvafiq xidmətlərdən istifadə edən yerli və əcnəbi turistlərin sayı isə 991,330 min nəfər artmışdır.

BMT-nin Dünya Turizm Təşkilatı təqdim etdiyi hesabatda dünyadakı beynəlxalq turist axınının 2020-ci ildə müsbət tempi qoruyaraq 3 faizdən 4 faizə artacağını proqnozlaşdırır. İİTKM-in şərhçisi qeyd edir ki, Azərbaycanda Prezidentin rəhbərliyi ilə iqtisadiyyatın sürətlə inkişaf edən sahəsi olaraq turizm bazarının təkmilləşdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində əsaslı islahat tədbirləri həyata keçirilir, bu istiqamətdə mühüm işlər görülür. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2019-cu ildə açıqladığı "Turizm və səyahətin rəqabət qabiliyyəti” adlı hesabatına əsasən, Azərbaycan turizmdə biznes mühiti üzrə ötən hesabatla müqayisədə 57-ci mövqedən 28-ci pilləyə yüksəlmişdir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM