Alternative content

12:57 04 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:25 04.07.2020 Çörək bol olarsa…
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Artıq “Mingəçevir Tekstil” brenddir
Artıq “Mingəçevir Tekstil” brenddir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:41 12.02.2020


Prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayan "Mingəçevir Tekstil” artıq bir brendə çevrilib. Fabrikdə istehsal olunan ipliklərin Open End və Ring növlərinə bu gün dünyanın bir çox ölkələrində böyük tələbat var.

Mingəçevir Sənaye Parkındakı bu MMC qısa bir zamanda istehsal etdiyi yüksək keyfiyyətli pambıq iplikləri xarici bazarlara çıxarmağa başlayıb. MMC-nin direktoru Mehman Hüseynovun sözlərinə görə, 2018-ci ildə istehsala başlayan müəssisə elə həmin il 4 min tona yaxın - təqribən 16 milyon manatlıq keyfiyyətli məhsul istehsal etmişdir ki, bunun da 13 milyon manat dəyərində olan 3 min tonu, yəni təqribən 80 faizdən çoxu ixrac edilmişdir. Keçən il müəssisənin satdığı 12 min ton məhsulun 6 min tonunun Open End və bir o qədərinin Ring növündə olduğunu deyən direktor ümumilikdə həmin məhsulların 83 faizinin (10 min tonunun) ixrac edildiyini bildirmişdir. "Beləliklə, daxili bazara satışımızın dəyəri 7 milyon, ixrac isə 39 milyon manat olmaqla ümumilikdə 2019-cu ildə 46 milyon manat təşkil edib” - deyən M.Hüseynov məhsullarının Rusiya, Türkiyə, Portuqaliya, Belçika, Ukrayna, Polşa və Pakistan kimi ölkələrə ixrac olunduğunu diqqətə çatdırmışdır.

Onu da qeyd edək ki, Mingəçevir Sənaye Parkındakı fabriklərin istifadəyə verilməsi Azərbaycanda yüngül sənayenin, xüsusilə də tekstil sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammalla təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsula çevrilərək ixracına şərait yaradılıb. Bu isə həm də ölkəmizə əlavə xarici valyutanın daxil olması deməkdir. Mingəçevirdəki fabriklər sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərinin yaradılması və yeni iş yerlərinin açılması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Məlumat üçün bildirək ki, hazırda Mingəçevir Sənaye Parkının fabriklərində 700 nəfərdən çox işçi çalışır.

MMC-nin direktoru onu da bildirmişdir ki, bu il onlar akril-viskon, akril-pambıq, viskoza və tensel ipliklərinin istehsalına başlamağı planlaşdırırlar: "Əsas hədəfimiz məhsulları şaxələndirərək xarici satış bazarlarımızı genişləndirmək və qeyri-neft sektorunun inkişafına öz töhfəmizi verməkdir”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM