Alternative content

12:54 21 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qayalar yarılır, yollar genişləndirilir
Qayalar yarılır, yollar genişləndirilir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:41 12.02.2020


Dövlət başçısının sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın asanlaşması ilə bərabər, bölgələrdə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq irimiqyaslı yol infrastrukturu layihələrinin icrası davam edir.

Bu cür layihələrdən biri 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulmasıdır. Sözügedən avtomobil yolu keçdiyi ərazinin relyefinə görə III və IV texniki dərəcəyə uyğun salınır. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10, hərəkət hissəsi isə 7 və 6 metrdir.

Yol uzun müddət istismar olunduğu üçün sıradan çıxdığından layihə çərçivəsində mövcud örtük sökülərək kənara daşınıb, yararsız qruntun qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi işləri görülüb, bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının qaya tipli süxurları kəsilərək çıxarılıb və torpaq yatağı genişləndirilərək tələb olunan hündürlüyə qaldırılıb, yatağın yamacları mexaniki üsulla hamarlanıb.

Yolboyu tələb olunan yerlərə suötürücü boruların quraşdırılması tələb edildiyi üçün müxtəlif diametrli 46 metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub. Mövcud küvetlər tam dolduğundan yolun yuxarı maillik olan hissələrində atmosfer sularının istiqamətləndirilməsi üçün 5 min paqonmetr yeni dəmir-beton küvetlər inşa olunub, istinad divarları tikilib.

Bundan başqa, yol boyunca asfalt-beton örtüyün salınması işləri aparılıb. Bunun üçün əsasən qum qırmadaş və optimal qum-çınqıl qarışığından istifadə edilib. Ardınca isə əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli asfalt-beton qarışığından örtük salınıb.

Layihə çərçivəsində habelə yolun dağ çayları üzərində 5 körpü inşa edilib. Təkcə Babaçay üzərindən salınan körpünün uzunluğu 126, Cimiçay üzərindəki körpünün uzunluğu 80 metrdir. Hər iki körpünün ətrafında sunizamlayıcı və sahilbərkidici dəmir-beton istinad divarları tikilib.

Hazırda avtomobil yolunun Təngəaltı kəndi ərazisində, sıldırım qayalıqlar arasından keçən hissəsinin genişləndirilməsi işləri aparılır, 150 metrlik dəmir-beton konstruksiyalı bənd qurulur. "Təngə dərəsi” kimi tanınan ərazidə - Vəlvələçayın kənarında qurulan bəndin hündürlüyü 12 metr olacaq. Yolun genişləndirilməsi işləri Quba-Qonaqkənd yolunun 29-30-cu kilometrlik hissəsini əhatə edir. Çayda bənd vurulması və qayaların çapılması hesabına yolun hərəkət hissəsinin 4-5 metrdən 7-12 metrə kimi genişləndirilməsi nəzərdə tutulub.

Rayonun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən yolun yenidən qurulması əhaliyə məhsullarını qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq, bölgənin turizm imkanlarını genişləndirəcək.

"AZƏRBAYCAN”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM