Alternative content

13:12 04 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:25 04.07.2020 Çörək bol olarsa…
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uşaqlıqdan başlayan sənət yolu
Uşaqlıqdan başlayan sənət yolu
ANA SƏHİFƏ / Mədəniyyət
00:39 12.02.2020


Aşıq Şəmşir adına Kəlbəcər Rayon Mədəniyyət Evinin 50 yaşlı Uşaq aşıqlar ansamblının uğurları bu gün də davam edir


Tarixin müxtəlif mərhələlərində aşıq sənətini təmsil edən saz-söz ustadları yazılı ədəbiyyatın klassikləri ilə eyni səviyyədə dayanan sənətkarlar olmuşlar.

Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima və teatrın elementləri üzvi şəkildə birləşmişdir. Yəni aşıq yaradıcı, ifaçı, pedaqoji əsasları özündə cəmləyir. Bu cəhətləri özündə qovuşduran və şagirdlər tərbiyə edən sənətkarlara "ustad aşıqlar”, onlardan öyrənənlərə isə "şəyirdlər” deyiblər.

Təbii ki, hər sənətin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün müxtəlif vasitələr olub. Ozan-aşıq sənətinin də yeni nəsillər tərəfindən yaşadılmasında uşaq aşıqlar ansamblları mühüm vasitələrdən biri olub. Uşaq aşıqlar ansamblları uzun tarixi yol keçməyib. Respublikada bu istiqamətdə ilk addımlar ötən əsrin ortalarında, daha doğrusu, səksəninci illərində atılıb. Bu məsələyə xüsusi diqqət əsasən respublikamızın qərb regionunda fəaliyyət göstərən mədəniyyət evləri və klublardan başlayıb. O yerdə ki, aşıq sənətinin heyranları və biliciləri vardı, orada belə ansamblların yaradılmasına ciddi ehtiyac duyulurdu.

Zaman keçdikcə bu sənətə maraq daha da çoxaldı. Bunu nəzərə alan respublika Mədəniyyət Nazirliyi ötən əsrin ortalarında klub və mədəniyyət evlərində həvəskarlardan ibarət uşaq aşıqlar ansambllarının yaradılmasını zəruri hesab etdi. Respublikamızın qərb bölgəsində aşıq sənətinə olan maraq xüsusilə özünü göstərməyə başladı.

Kəlbəcəri yalnız təbiətən cənnət-məkan sayanlar eyni zamanda bu ulu türk yurdunun istedadlılar məskəni olduğunu da unutmadılar. Burada dünyaya göz açanların saza-sözə vurğun olmaları da bir möcüzə sayıldı. Son illərin tədqiqatları göstərir ki, ozan-aşıq sənətinin kökləri tarixin daha dərin qatlarına gedib çıxır. Yəni o, incəsənətin digər növlərinin ən qədimi sayılır.

Belə ansambllardan biri də Aşıq Şəmşir adına Kəlbəcər Rayon Mədəniyyət Evinin nəzdində 50 il bundan öncə yaradıldı. Əsasən sazbəndliklə məşğul və məşhur olan aşıq Əliş Quliyevin yaratdığı və bədii rəhbərlik etdiyi uşaq aşıqlar və "Sazçı qızlar” ansambllarının tərkibi yalnız məktəbyaşlılardan ibarət deyildi. Hətta bu ansambllarda hələ sazı sinəsində saxlaya bilməyən, dinləyənlərini isə heyran qoyan, "Aşıq Pəri” məclisinin üzvlərindən biri - Gözəl Zalova, Qəsibə Əlbəndova, Xanım Xanlarova, Südabə Allahverdiyeva, Südabə Həsənova... kimi qızların ifaları o zaman bütün mədəni-kütləvi tədbirlərdə gurultulu alqışlarla qarşılanırdı.

Atasından sonra ansamblın dağılıb məhv olmasının qarşısını alan, yeni nəfəslərlə, incə barmaqlı uşaqlarla qoruyub saxlayan onun bədii rəhbəri Yusif Quliyevdir. Ata-babadan yadigar qalan ozan-aşıq sənətinin yenicə saz tutan və buna marağı olan uşaqlara öyrədir ki, orta əsrlərin ilkin çağlarından təşəkkül tapan aşıqlıq, əslində, qədim ozan sənətinin davamı və varisidir: "Azərbaycan xalqının soykökündə və təşəkkülündə başlıca rol oynamış oğuz qəbilə birləşmələrinin geniş yayılmış incəsənətinin bir qolu olan ozan sənəti zaman keçdikcə özünün yeni forma və məzmununu qazanıb. Rişələri ilə çox qədim köklərə, zəngin mifik və əsatiri təsəvvürlərə malik olan ozanlar orta əsrlərin mühafizəkar dini ideologiyası qarşısında uzun müddət müqavimət göstərsələr də, Dədə Qorqud ənənələrini qoruya bilmədilər və tədricən öz meydanlarını aşığa verdilər”.

Aşıq Şəmşir adına Kəlbəcər Rayon Mədəniyyət Evinin direktoru Akif Bayramov deyir ki, həm sazbənd, həm də Uşaq aşıqlar ansamblının yaradıcısı və bədii rəhbəri kimi tanınmış aşıq Əliş Quliyevin ailəsində dünyaya göz açan Yusif və Asif qardaşları ata yolunu bu gün də layiqincə davam etdirirlər: "Yusif müəllim ansamblın bədii rəhbəri, Asif isə atasının sazbəndlik peşəsi ilə məşğuldur, həm də Kəlbəcər Uşaq İncəsənət Məktəbinin müəllimidir. Kəlbəcər yeddillik uşaq musiqi məktəbinin tar sinfini bitirdikdən sonra ixtisası üzrə dərs deyən Asif müəllim sonralar müxtəlif simli musiqi alətlərinin kamil bilicisi, ustadı, yaşadanı və onlarda kamil ifa edən kimi tanınır və sevilir”.

Yeri gəlmişkən, onu da xatırladaq ki, bu ansamblın tərkibinə yeni həvəskarların cəlb olunmasında "Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Şurasının üzvü, yazıçı-publisist Qənbər Şəmşiroğlunun təşəbbüsü ilə reallaşan xüsusi layihələr də az olmayıb. Birlik onların müxtəlif müsabiqə və festivallarda iştirakını təmin, yüksək yerləri tutan uşaq aşıqlarının həvəsləndirilməsi üçün isə xüsusi mükafatlar təsis edib.

Ansamblın bədii rəhbəri Yusif Quliyev əlavə edir ki, Uşaq aşıqlar ansamblı yaradılarkən ustad aşıq Əliş Quliyevdən dərs alan həvəskarlardan bu gün respublikada çox məşhur olanları var. Solo saz ifaçısı kimi tanınmış, vaxtilə Ümumittifaq Folklor Ansambllarına Baxış Müsabiqəsinin laureatı olmuş, Əməkdar mədəniyyət işçisi aşıq Ədalət Dəlidağlı, Asif və Yusif Quliyev qardaşları, Rasim Əhmədov, Habil Sadıqov, Kərəm Abbasquliyev, Tahir Mirzəyev, Ədalət Əliyev, Ramiz Həsənov, Sevil Xıdırovanın və digərlərinin sənət yolu məhz bu ansambldan başlayıb: "Dünənki uşaqlar bu gün artıq kamil saz ifaçısı kimi özlərini təsdiqləyiblər. Ansamblın tərkibi Şəmistan Nəcəfzadə, Atakişi Sadıqzadə, Samirə Əliyeva, Birgül Həsənova, Saqi Əhmədov, Murad Əliyev, Rəşad Mirzəzadə, Əli Hüseynzadə, Ruslan Əliyev kimi sazla ülfət bağlayan, onu mehr-məhəbbətlə öyrənən uşaq-gənclərimizlə bir az da zənginləşib”.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM