Alternative content

12:00 07 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qışın dəlisov oğlu - KİÇİK ÇİLLƏ
Qışın dəlisov oğlu - KİÇİK ÇİLLƏ
ANA SƏHİFƏ / Mədəniyyət
00:39 12.02.2020


Ulularımız vaxtın, zamanın düzümünü yalnız ilin fəsillərinə görə deyil, həm də təbiətin dəyişmələri ilə hesablayıblar. Qış fəslini üç yerə bölüb, ilkini Böyük çillə adlandırıblar. Çillələrin böyüyü dekabrın 21-dən 22-nə keçən gecə qışla birlikdə gəlir. Ömrü qırx gün çəkir. Yanvarın 31-dən fevralın 1-nə keçən gecə isə Kiçik çillənin dövranı başlayır. İyirmi gün sonra növbə ala çillə, ala çolpav da deyilən Boz ayındır. Martın 20-də baharın gəlişi ilə Boz ayın da bir aylıq ömrü başa çatır.

İndi qışın Kiçik çillə dövrüdür. Folklorumuzda da çox zaman Böyük çillənin dəlisov qardaşı kimi bəhs olunub rəvayətlər, bayatılar söylənən bu çillə "qışın oğlan çağı” hesab edilir.

Folklorşünaslar çillə sözünün əzab, əziyyət, çətin, çıxılmaz vəziyyət mənasını verdiyini qeyd edirlər. Ancaq Qışın bu iki oğlundan birinin - Böyük çillənin daha rəhmli olduğu qənaətinə gələn insanlar qədim zamanlardan ondan Kiçik çillə qədər ehtiyat etməyiblər. Bu münasibət folklor nümunələrimizdə də əksini tapıb. Böyük çillənin Kiçik çilləyə nisbətən mərhəmətli olması mərasim nəğmələrindən birində belə ifadə olunub:

Böyük çillə, nar çillə,

Ağ gül üstə qar çilə.

Buğdalara yorğan ol,

Bağçalara bar çilə.

Daha rəhimsiz, sərt hesab etdikləri Kiçik çillədən isə belə bəhs ediblər:

Kiçik çillə, vay çillə

Qarlı, dumanlı çillə.

Gəbə, kilim toxuduq,

Cəhrəmizdə var çillə.

Ömrü daha uzun - qırx gün çəkən Böyük çilləyə məhəbbət başqa bir folklor nümunəsində belə əks edilib:

Böyük çillə

Boyu bir belə,

Gəldi elə

Gülə-gülə,

Getdi gülə-gülə.

İyirmi gün ömrü olan çovğunlu, qarlı, şaxtalı Kiçik çilləni isə belə təsvir ediblər:

Kiçik çillə

Boyu bir belə,

Hikkəsi bir belə.

Gəlişi oldu

Hayınan,

Gedişi oldu

Vayınan.

Çillələr haqqında xalq arasında müxtəlif rəvayətlər yaranıb. Onlardan biri belədir: "Qırx günlük ömrünü başa vurub geri qayıdan Böyük çillə yolda Kiçik çillə ilə qarşılaşır. Kiçik çillə ondan xəbər alır: "Nə etdin?” Böyük çillə cavabında deyir: "Tayaları yarıladım, qovurma küpəsinin başını endirdim, qalaqları sökdürdüm”. Kiçik çillə Böyük çilləyə gülərək: "Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini xəmir təknəsində donduracağam”, - deyir.

Özündən əvvəlki Böyük çillədən və sonrakı Boz aydan soyuğu, şaxtası ilə fərqlənən Kiçik çillə ilk günlərində sərt üzünü göstərir. İlin barlı-bərəkətli aylarında toplanan azuqələr tükənməyə başlayır. Odur ki, Kiçik çillənin gəlişi insanları nə qədər qayğılandırırdısa, gedişi o qədər sevindirir, ümidləndirirdi.

Kiçik çillə gethagetdə yenə tufan qoparır. Və üzüntülü soyuğu, dondurucu şaxtası, dəlisov küləyi ilə birlikdə çəkilib gedir. Yerini Boz aya verir. Boz ayda qış yuxusuna getmiş təbiət hələ yuxuda olur. Amma daha qış qorxulu görünmür. Çünki yazın gəlişinə hazırlıqlara başlanılır.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM