Alternative content

11:04 07 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli-mənəvi dəyərlərimizlə qürur duymalıyıq
Milli-mənəvi dəyərlərimizlə qürur duymalıyıq
ANA SƏHİFƏ / Mədəniyyət
00:38 12.02.2020


Qədim tarixə və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı milli-mənəvi dəyərlər sistemi ilə də dünya sivilizasiyasına qiymətli bir xəzinə bəxş etmişdir. Tarixi, dili, mədəniyyəti, ədəbiyyatı, musiqisi, folkloru, ailə dəyərləri, adət-ənənələri ilə ölkəmiz daim seçilmişdir. Təbii ki, belə bir xalqın əsrlər boyu yaşadığı, həyatın sınaqlarından çıxan milli-mənəvi dəyərləri ilə fəxr etməyə, qürur duymağa haqqı var.

Hər dövrdə olduğu kimi, müstəqillik dönəmində də bu zəngin sərvətin, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması önəmli əhəmiyyət kəsb edir. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu istiqamətdə gördüyü işlər əvəzsizdir. Ulu Öndər milli-mənəvi dəyərlərimizi həm milli, həm də siyasi varlığımızın, dövlətçiliyimizin əsas atributu kimi qiymətləndirirdi. Heydər Əliyev Azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin dünya azərbaycanlılarının birləşdirilməsində, ümumbəşəri dəyərlərə inteqrasiyasında mühüm rol oynadığını qeyd edirdi. Ulu Öndər xarici ölkələrə səfərləri zamanı görüşlərdə soydaşlarımıza harada yaşamalarından asılı olmayaraq, Azərbaycançılıq ideologiyasına sadiq qalmağı, adətlərimizi yaşatmağı və təbliğ etməyi tövsiyə edirdi.

Gənclər tərəfindən milli-mənəvi dəyərlərimizin mənimsənilməsi onlarda azərbaycanlılara məxsus etnik-psixoloji keyfiyyətlərin və milli hisslərin formalaşmasına səbəb olur. Buna görə də həmin dəyərlər milli ideologiyanın, Azərbaycançılığın komponentləri kimi təkcə gənclərin deyil, bütöv xalqın mənəvi birliyini və həmrəyliyini təmin edir.

Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, bayramlarımız özünəməxsusluğu ilə bizi başqa xalqlardan fərqləndirir, Azərbaycan ailəsində üstün keyfiyyətlər bu baxımdan xüsusilə diqqəti cəlb edir. Böyüyə hörmət, ata-anaya ehtiram, kiçiklərə qayğı ailəmizin əsas göstəricisi sayılır. Əsl Azərbaycan ailəsi gələcək nəsillərə örnək olan əxlaq, tərbiyə simvolu, məhəbbət etalonudur.

Mədəni irsimizin mənimsənilməsi, qorunması milli-mənəvi dəyərlərimizin ən vacib tərkib hissələrindəndir. Mədəni irsin rol və əhəmiyyəti onları təkcə olduqları formada mühafizə etmək deyil, eyni zamanda onlardan müasir dövrdə gənc nəslin tərbiyəsində istifadə etməyi bacarmaqdan ibarətdir. Bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu çoxsaylı uğurlara imza atıb.

Bu gün Azərbaycan cəmiyyəti dinamik inkişaf edir, gündən-günə müasirləşir. Etiraf edək ki, dünya ölkələrinə iqtisadi, mədəni, elmi inteqrasiya şəraitində müxtəlif təsirlər səbəbindən milli-mənəvi dəyərləri qorumaq getdikcə çətinləşir. Ona görə də gənclərin mənəviyyatına xarici təsirlərin qarşısının alınması bu gün həmişəkindən daha aktualdır. İndi əsas vəzifə gənc nəslin milli-mənəvi dəyərlərimizə sahib çıxmasına, onlarda vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə nail olmaqdır. Bu gün zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən ölkə Prezidenti İlham Əliyevi milli-mənəvi dəyərlərimizin qüdrətli mühafizəçisi kimi görürük. Ölkə Prezidentinin konsepsiyasında göstərildiyi kimi, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırılmasının ən mühüm şərti milli dövlətçilikdən ibarətdir. Yalnız milli dövlət maddi sərvətləri ilə bərabər milli-mənəvi dəyərlərimizin qorunmasının qarantıdır.

Sözsüz ki, bütün dövrlərdə mütərəqqi adət-ənənələrin yaradıcısı, eyni zamanda onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Bayram adət-ənənələri, toy və yas mərasimləri, İslam dininin dünyəvi xarakteri mənəvi dəyərlər sistemimizdə özünəməxsus yer tutur.

Azərbaycanda qeyd olunan milli və dini bayramlarda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara, şəhid ailələrinə baş çəkmək, onlara bayram sovqatı vermək savab iş hesab edilir. Bizim adət-ənənələrimiz ilə milli dövlət quruculuğu arasında sıx bağlılıq var. Bu vəhdət barədə Ümummilli Lider Heydər Əliyev demişdir: "Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim "Qurani-Şərif”də öz əksini tapmışdır. Ancaq bunlarla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar”.

Azərbaycan xalqının qədimdən gələn qəhrəmanlıq ənənələri də var. Bu gün həmin ənənələrin gənc nəslə çatdırılmasında, ölkəmizdə fəaliyyət göstərən döyüş şöhrəti, tarix-diyarşünaslıq və bayraq muzeyləri xüsusi rol oynayır.

Əminliklə qeyd etmək olar ki, respublikamızda yaradılan şərait nəticəsində vətənpərvər gənclər nəsli formalaşmaqdadır. Məhz bu gənclər Ermənistanın silahlı təcavüzü nəticəsində işğal altında olan ərazilərimizin qaytarılmasında, şübhəsiz ki, həlledici rol oynayacaqlar.

Əlizadə NƏCƏFOV,

tarix üzrə fəlsəfə doktoru




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM