Alternative content

10:02 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xeyir-bərəkət bayramı
Xeyir-bərəkət bayramı
ANA SƏHİFƏ / Mədəniyyət
00:38 12.02.2020


Xalqımızın qədim bayramlarından biri də hər il qış yarı olanda keçirilən "Xıdır Nəbi” bayramıdır. Bu bayram keçmiş zamanlarda böyük təmtəraqla, xüsusi mərasimlərlə qeyd olunurdu. Xıdır Nəbi, adətən, təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi ilə müşayiət edilir. Folklor nümunələrində Xıdır Nəbi "suyun, külək və havanın himayəçisi” kimi təqdim olunur və Xızır peyğəmbərlə eyniləşdirilir.

Tarixən fevralın birinci yarısı ərzində axşam şər qarışandan sonra uşaqlar, gənclər bir yerə toplaşır, Xıdır nəğməsi oxuya-oxuya qapıları döyür, Xıdır adına pay yığırdılar. Həmin gecənin Kiçik çillənin bitməsinə iki-beş gün qalmış keçirildiyi barədə də mənbələrdə məlumatlar var. Bu mərasim "Xıdır Nəbi” bayramı adlandırılır.

Tədqiqatçılar Kiçik çillənin çıxması münasibətilə keçirilən Xıdır Nəbi bayramının həm də qədim əkinçilik görüşlərini əks etdirdiyini qeyd ediblər. Bayram üç gün davam edir. Folklorşünasların yazdıqlarına görə, Xıdır Nəbi bayramının birinci günü torpaq təriflənirdi. Torpağın nəfəsi isinsin deyə, üstündə od qalanardı. Bağ-bağçalarda təmizlik işləri aparılır, qurumuş ot, xəzəl, çör-çöp yığılıb yandırılırdı. Bayramın ikinci günü evdəki hər öküzün adına üç duzsuz kömbə bişirilir, öküzlərin qarnının altından diyirləyir, oxuyurdular:

Xıdır Nəbi, Xıdır İlyas

Bitdi çiçək, oldu yaz!

Bayramın üçüncü günü torpağı becərən, şum şumlayıb əkin əkən əməkçilər cütçü və əkinçinin şəxsində təriflənirdi. Güman edirdilər ki, boz atla gələcək Xıdır Nəbinin əlində od olacaq. O, torpağı isidən odla yanaşı, günəş və su, insanlara sağlamlıq gətirəcək. Mərasimdə əkinçi, cütçü və sayaçı nəğmələri oxunurdu, "Xıdır Nəbi”yə nəğmələr, şeirlər qoşulurdu. Bayram günlərində əkin yerlərindən keçib Xıdır Nəbini axtarmağa gedən cavanları "Xıdırçı” adlandırırdılar. Onlar hava işıqlanmazdan qabaq əllərində şam Xızırın ardınca gedib nəğmələr oxuyurdular.

Xızır Nəbi bayramının nə vaxtdan keçirildiyi barədə dəqiq məlumat olmasa da, onun türk xalqları arasında geniş yayıldığı bəllidir.

Tədqiqaçılar bu qənaətdədirlər ki, əslində bütün Novruz bayramı ərəfəsi mərasimlər, çərşənbələrlə birlikdə Xızır peyğəmbərin adı ilə əlaqədardır. Xızırı xalq elə ilahiləşdirib ki, həyatın başlanğıcı kimi götürülən dörd ünsürü onun adı ilə bağlayıblar. Adının and yerinə çevrilməsi də bu etiqaddan irəli gəlib. "Xızır İlyas haqqı”, "Xızıra and olsun”, "Xıdır Zindi babaya and olsun” kimi andlar, "Xıdır Nəbi köməyin olsun”, "Xıdır Nəbi hayına yetsin”, "Xızır səni dardan qurtarsın”, "Xızır payını versin”, "Xıdırzində diləyini qəbul etsin” kimi alqışlar da xalqın inamı və məhəbbəti ilə yaranıb.

Xıdır İlyas, yaxud Xıdır Nəbi adlandırılan bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilirdi. Folklorşünaslar bu mərasimin, demək olar ki, hər yerdə oxşar olduğunu qeyd ediblər. "Azərbaycan etnoqrafiyası” kitabındakı "Novruz bayramı” məqaləsində Kiçik çillənin birinci ongünlüyünün "Xıdır Nəbi” adlandırıldığı, bu dövrün qışın ən sərt, çovğunlu, boranlı günləri olduğu yazılıb: "Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı” atalar sözü də məhz buradan yaranıb”.

Xalqımızın inancına görə, Xıdır Nəbi bayramından sonra Yalançı çərşənbə, ardınca isə Xəbərçi çərşənbə və Boz ay gəlir. Beləcə, maraqlı Novruzqabağı mərasimlər bir-birini əvəz edir.

Z.FƏRƏCOVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM