12 Fevral 2020 00:37
1885
İQTİSADİYYAT
A- A+

Bakı qara hazırdırmı?


Yolların qardan və buzdan vaxtında təmizlənməsi üçün bütün zəruri texnika tam hazır vəziyyətə gətirilib


Bu günlərdə Bakıda küləkli və qarlı hava müşahidə olunmaqdadır. Adətən, paytaxt sakinlərini daha çox narahat edən məsələ qarlı-şaxtalı günlərdə nəqliyyat sisteminin hərəkətində yaranan problemlər olur.

Etiraf edək ki, bir neçə il bundan öncəyə qədər Bakıya yağan qar avtomobillərin hərəkətində ciddi məhdudiyyətlər yaradırdı. Qarın təmizlənmə prosesində yaşanan ləngimələr yolların buz bağlamasına səbəb olurdu. Hətta buzun tez əriməsi üçün istifadə edilən texniki duz və qum yollara fəhlələr tərəfindən bel vasitəsilə səpilirdi.

Son günlərdə apardığımız müşahidələr onu deməyə əsas verdi ki, yolların qar və buzdan təmizlənməsi üçün istifadə olunacaq texnika və mexanizmlər saz vəziyyətdədir. Buzun əriməsi üçün yollara səpilən texniki duz ehtiyatları kifayət qədərdir. Qarlı havada bu texnikalar vasitəsilə yollarda yaranan istənilən çətinliklərin aradan qaldırılması mümkündür.

Bu gün Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatı şəhər təsərrüfatının balansında müasir tipli qarkürüyücü, qartəmizləyici və duzsəpən avtomobillər mövcuddur. Bu günlərdə qışa hazırlıqla bağlı həmin texnikaların hansı vəziyyətdə olması ilə tanışlıq üçün Bakı Şəhər İcra Hakimiyyətinin bu prosesi həyata keçirən Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinə yollandıq. İlk mənzərədən məlum oldu ki, idarə qış mövsümünə artıq tam hazırlıqlı vəziyyətə gətirilib.

Bizimlə söhbəti zamanı idarənin rəisi Mübariz Hüseynov qeyd etdi ki, sentyabr-oktyabr aylarından etibarən hazırlıq işlərinə başlanılıb. İdarənin balansında olan qış texnikası və nəqliyyat vasitələri bokslardan bayıra çıxarılaraq start vəziyyətinə gətirilib. İdarənin anbarında hazırda 4000 tona yaxın texniki duz var. Mövcud olan duz ehtiyatları yollarda yarana biləcək buz probleminin aradan qaldırılmasına imkan verəcək.

M.Hüseynov əlavə etdi ki, idarədə hazırda 50-yə yaxın qış texnikası mövcuddur. Bunların sırasında Almaniya və Rusiyadan alınan XCMG markalı kürüyücü avtoqreyder, "Hitachi” markalı yükləyici ekskavator, kürüyücü-yükləyici CAT 428F markalı avtotraktor, JAK markalı vakuum tipli avtomaşın var. Bundan başqa, MAN 18350 markalı qarkürüyücü avtomaşınlar, KamAZ 53229 markalı qum-duz səpən və kürüyücü avtomaşınlar, MAZ MDK 5337 markalı qum-duz səpən və kürüyücü avtomaşınlar tam hazır vəziyyətə gətirilib və sürücülərlə təmin edilib.

Onu da diqqətə çatdıraq ki, 100 nəfərə yaxın insanın çalışdığı idarə günün 24 saatı işlədiyi üçün burada çalışan əməkdaşların rahatlığı və istirahəti üçün lazımi şərait yaradılıb, otaqlar istiliklə təchiz olunub. İşlərin vaxtlı-vaxtında və keyfiyyətli aparılması məqsədilə növbətçilik tərtib edilib. Bütün işçilərə məsuliyyətləri ilə bağlı təlimlər keçirilib və Bakı şəhərinin rayonları üzrə təhkimçilər təyin edilib. Bu şəxslər mütəmadi olaraq yerlərdəki məlumatları idarəyə çatdırırlar. Burada gündəlik növbə ilə işləyən işçilərin hətta isti yeməklərlə təmin edilməsi də həyata keçirilir.

Yolların duzlama prosesinə gəlincə isə Mübariz Hüseynov bildirdi ki, işlər hər gün idarəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan telefonoqrammalara əsasən qurulur. Əgər qarlı-şaxtalı hava gözlənilirsə, gecə saatlarında texniki duzla yüklənmiş avtomaşınlar, qarkürüyücü maşınlar şəhərin bütün istiqamətlərində hazırlıq vəziyyətinə gətirilirlər. Maşınlar əsasən mərkəzi küçələrdə, körpülər və tunellərin yaxınlığında dayanırlar. Körpülərin altı boş qaldığı üçün daha tez donma, buzlama ehtimalı olur. İnsanlar səhər saatlarında işə gedərkən yollar, körpülər buz örtüyündən təmizlənməlidir. Əks halda şəhərdə tıxaclar əmələ gələ bilər. Belə vəziyyətlərdə Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da idarə işçilərinə yardımçı olurlar.

Mübariz Hüseynov onu da əlavə etdi ki, şaxtalı havada yağan qarı və buz örtüyünü təmizləmək üçün əsasən texniki duzdan istifadə edilir: "Çünki texniki duz qar və buz əriyərkən suya qarışıb yox olur. Qum isə bir qədər problem yaradır. Ona görə də əsasən texniki duzdan istifadəyə üstünlük verilir: Bildilir ki, guya texniki duz asfalt örtüyü və avtomobillərə ziyan vurur. Bakı şəhərində hələ heç bir yola duzdan zərər dəyməyib. Avtomobillər də yuyularaq duzdan təmizlənir. Əgər duzun avtomobillərə ziyanı olsaydı, biz hər il yeni duz səpən avtomobil almaq məcburiyyətində qalardıq. Lakin texnikalarımız saz vəziyyətdə qalır”.

Son günlərdə apardığımız müşahidələr onu deməyə əsas verir ki, bu qış paytaxtımızın yollarında ciddi problemlərlə qarşılaşmayacağıq.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video