12 Fevral 2020 00:36
1130
Təhsil
A- A+

Tələbələrin “Qış məktəbi” başa çatdı


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Qəbələ rayonunun Nic qəsəbəsində təşkil etdiyi "Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda "Qış məktəbi” başa çatıb.

"Qış məktəbi” layihəsinin həyata keçirilməsində əsas məqsəd tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onların intellektual səviyyəsinin, dünyagörüşünün zənginləşdirilməsinə və layiqli vətəndaş olaraq yetişməsinə töhfə verməkdir.

"Qış məktəbi”nin sonuncu günü bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən Aİİ-nin rektoru vəzifəsini müvəqqəti icra edən Aqil Şirinov tələbələrə uğurlar arzulayıb. Təşkil edilən proqramın tələbələr üçün böyük şans olduğunu nəzərə çatdıran A.Şirinov onlara ilahiyyat sahəsində biliklərini zənginləşdirməyi, bu imkanlardan maksimum yararlanmağı tövsiyə edib. Cəmiyyətimizi xurafatdan, mövhumatdan uzaq, saf, düzgün dini biliklərlə maarifləndirməyin əhəmiyyətinə toxunan Aqil Şirinov tələbələri milli-mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində fəal olmağa çağırıb.

Daha sonra A.Şirinov Qəbələnin Nic qəsəbəsində təşkil edilən "Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda "Qış məktəbi”nin əhəmiyyətinə toxunub, burada yaşayan udilərlə yaxından ünsiyyətin, eyni zamanda, bu tarixi məkanda mövcud olan qədim abidələrimizlə tanışlığın xüsusi səciyyə daşıdığını qeyd edib.

"Qış məktəbi” iştirakçıların mükafatlandırılması və sertifikatların təqdim olunması mərasimi ilə yekunlaşıb.

Qeyd edək ki, layihə çərçivəsində tələbələr üçün müxtəlif seminar və ziyarətlər, film nümayişləri, əyləncəli oyunlar təşkil edilib.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video