11 Fevral 2020 14:30
761
Mədəniyyət
A- A+

UNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyası başlayıb

 

Parisdə UNESKO-nun baş qərargahında qurumun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyası başlayıb.

AZƏRTAC xəbər verir ki, sessiyada ölkəmiz Mədəniyyət nazirinin müavini səviyyəsində təmsil olunur.

Sessiyada Komitə 2020-2021-ci illər üzrə iş planı, siyasi monitorinq və potensialın artırılması da daxil olmaqla, Beynəlxalq Mədəni Müxtəliflik Fondunun (FİDC) həyata keçirilməsi ilə bağlı fəaliyyətlərə dair qərar qəbul ediləcək.

Komitənin 10-cu çağırışı çərçivəsində FİDC tərəfindən maliyyələşəcək yeni layihələri təsdiqlənəcək. Vətəndaş Cəmiyyəti Təşkilatlarının 2-ci Forumunun nəticələri və incəsənət nümayəndələrinin statusuna dair 1980-ci il tövsiyəsi ilə potensial birgə fəaliyyətlərə baxılacaq.

Sessiya çərçivəsində bir çox mühüm mədəniyyət tədbirləri də həyata keçiriləcək.

Qurumun Baş direktoru Audrey Azoulay və rejissor Naomi Kawase, UNESKO Nara kinematoqrafiya rezidenturasının yeni proqramı üçün seçilən 10 gənc Afrika qadın rejissorunun adlarını açıqlayacaqlar. Eyni zamanda, Komitənin işi və 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik arasındakı əlaqələri diqqətə çatdırmaq məqsədi ilə "Debatlar Yaratmaq/2030” adlı müzakirələr təşkil ediləcək. Bu müzakirələr rəqəmsal mühitin yaradıcılığın məzmununa giriş və Beynəlxalq Mədəni Müxtəliflik Fondunun maliyyələşdirdiyi ilk layihələrin nəticələrinə rəqəmsal mühitin təsirinə həsr olunacaq.

Qeyd edək ki, 2010-cu ildən Azərbaycan Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il Konvensiyasına qoşulub.

2019-cu ilin iyun ayının 7-də Parisdə, UNESCO-nun baş qərargahında keçirilən "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında” Konvensiyanın Tərəflərinin Konfransının 7-ci sessiyasında 2019–2023-cü illər üçün Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiyanın Hökumətlərarası Komitəsinə keçirilən seçkilərdə Azərbaycan Şərqi Avropa qrupundan öz namizədliyini irəli sürüb və Komitəyə 4 illik üzv seçilib.

24 üzv ölkənin nümayəndələrini ildə bir dəfə hesabat xarakterli görüşə toplayan Hökumətlərarası Komitənin əsas funksiyası 2005-ci ildə qəbul olunmuş Konvensiyanın tətbiq və təşviqinə təkan verməkdir.

Sessiya fevralın 15-dək davam edəcək.

 

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video