11 Fevral 2020 13:21
1033
Elm və texnika
A- A+

“Gələcəyə addım” ümumrespublika olimpiadası elan edilib

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən tələbələr arasında AMEA-nın 75 illiyinə həsr edilən "Gələcəyə addım” adlı geologiya və geofizika üzrə ümumrespublika olimpiadası elan olunub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, məqsəd ölkənin ali və orta ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantlarının bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaqdır.

İki mərhələdə baş tutacaq olimpiadada iştirak etmək istəyən tələbələr müsabiqənin veb-saytında qeydiyyatdan keçməlidirlər. Birinci mərhələdə iştirakçılar təqdim ediləcək 2 mövzu üzrə esse (Azərbaycan və ya rus dilində, A4 ölçüdə 5 səhifədən çox olmamaq şərti ilə) hazırlayacaqlar. Təşkilat komitəsinin qiymətləndirməsindən sonra final mərhələsinə yüksələcək müəlliflər geologiyaya və geofizikaya dair 20 sualı cavablandıracaqlar. Ən yüksək bal toplayan iddiaçılar müsabiqənin üç nominasiyası üzrə qalib elan ediləcəklər. Qaliblərin adları mayın 27-də açıqlanacaq.
 

Qaliblər üçün mükafat fondu:

I yer – 800 AZN

II yer – 600 AZN

III yer – 400 AZN

Müsabiqədə iştirak üçün qeydiyyat martın 20-nə kimi aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video