11 Fevral 2020 13:11
710
Təhsil
A- A+

Təhsil Nazirliyi: İctimai Şurada məktəbli formalarına dair müzakirələr aparılıb

Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqinə dair müzakirələr keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Təhsil nazirinin müavinləri Məhəbbət Vəliyeva, İdris İsayev, nazirin müşaviri Elnur Məmmədov, nazirliyin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, nazirlik yanında İctimai Şuranın üzvləri və istehsalçı şirkətlərin mütəxəssislərinin iştirak etdikləri tədbirdə məktəbli formasının tətbiqi mövzusunun ictimai müzakirəsinin vacibliyi vurğulanıb.

Təhsil Nazirliyi tərəfindən bu məsələyə ciddi yanaşıldığı, məktəbli formasının tətbiqi ilə bağlı nazirlik tərəfindən geniş müzakirələr aparıldığı qeyd edilib.

Eyni zamanda, ictimai rəyə çıxarılan vahid məktəbli formalarının təsvirləri ilə bağlı ən çox səsləndirilən təkliflər müzakirə edilib.

Sonra mütəxəssislər məktəbli formalarının tətbiqinə dair mövcud standartlar və keyfiyyət məsələləri barədə öz fikirlərini bildiriblər.

Tədbirdə məktəbli formalarının hazırlanması üzrə təkliflər paketinin işlənib hazırlanması, optimal variantın müəyyənləşdirilərək Şuraya təqdim olunması təklif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video