10 Fevral 2020 23:42
986
SİYASƏT
A- A+

RF XİN: Seçkilərin müvəffəqiyyətlə keçirilməsi münasibətilə azərbaycanlı dostlarımızı təbrik edirik


Seçkilərin müvəffəqiyyətlə keçirilməsi münasibətilə azərbaycanlı dostlarımızı təbrik edirik. Bu seçkilər Azərbaycan rəhbərliyinin ölkənin ictimai-siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönəldilmiş islahatlarını əhalinin dəstəklədiyini göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözlər Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və mətbuat departamentinin RF XİN-in saytında yerləşdirilmiş şərhində yer alıb.

Şərhdə deyilir ki, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, Prezident İlham Əliyevin başçılıq etdiyi hakim Yeni Azərbaycan Partiyası seçkilərdə liderlik edir.

Milli Məclisdəki 125 deputat yeri uğrunda 1314 namizəd mübarizə aparıb ki, bu da əvvəlki seçkilərlə müqayisədə təqribən iki dəfə çoxdur.

Seçkiləri çoxsaylı yerli (77 mindən çox) və xarici (883), o cümlədən Rusiyadan müşahidəçilər izləyib. Müstəqil Dövlətlər Birliyinin və Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin müşahidəçilərinin fikrincə, seçkilər milli qanunvericiliyin tələblərinə müvafiq keçirilib, vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması faktları müəyyən olunmayıb.

RF XİN-dən təəssüflə bildiriblər ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan, ATƏT-in Parlament Assambleyasından, habelə Avropa Şurasının Parlament Assambleyasından olan müşahidəçilər reallığa uyğun olmayan qərəzli və subyektiv yekun rəylər bildiriblər.

Şərhdə deyilir: "Ümid edirik ki, Milli Məclisin deputat korpusunun yeni tərkibi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında sıx və konstruktiv qarşılıqlı fəaliyyət Rusiya ilə Azərbaycan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq ruhunda davam edəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video