10 Fevral 2020 17:01
432
SİYASƏT
A- A+

MDB müşahidəçilər missiyasının başçısı: Azərbaycanda seçkilər demokratik seçkilərin keçirilməsi normalarına müvafiq olub


Fevralın 9-da Azərbaycanda baş tutmuş növbədənkənar parlament seçkiləri rəqabətli, açıq, azad seçkilər olub və demokratik seçki normalarına müvafiq keçirilib. Azərbaycan Respublikasının Seçki Məcəlləsi azad və demokratik seçkilərin beynəlxalq normalarına uyğundur və vətəndaşların iradəsini əks etdirir. Seçki məntəqələrində səsvermə dəqiq və mütəşəkkil keçirilib. Biz seçkilərin legitimliyini şübhə altına qoyan faktlarla üzləşmədik.
AZƏRTAC xəbər verir ki, bunu MDB müşahidəçilər missiyasının başçısı, MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Viktor Quminski fevralın 10-da Milli Məclisə seçkilərin yekunlarına dair mətbuat konfransında bəyan edib.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının seçkilərin şəffaf, azad və demokratik formada keçməsi üçün böyük işlər gördüyünü bildirən V.Quminski deyib: "Müşahidəçilər missiyasının seçkilərə dair informasiyadan və materiallardan tam istifadə etmək imkanı olub. Bütün seçki məntəqələri seçkilərə tam hazır olub. Vətəndaşlardan şikayət daxil olmayıb. Namizədlərin sayının çox olmasını müsbət element sayırıq, çünki insanların seçmək üçün alternativi olub. Biz seçkilərə əsaslı və səylə hazırlıq aparıldığını gördük. Hər yerdə seçkilər sakit şəraitdə keçirilib, seçicilərin fəallığı müşahidə olunub. Bundan əlavə, aşağı komissiyaların, sahə komissiyalarının üzvlərinin hazırlaşdırılması üzrə böyük işlər görülüb. Növbədənkənar seçkilərin keçirilməsi Azərbaycanda islahatların fəallaşdırılması və davam etdirilməsi yolunda əhəmiyyətli addım olub”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video