10 Fevral 2020 15:24
441
SİYASƏT
A- A+

Türkiyə Böyük Millət Məclisinin üzvləri: Bəzi ölkələr Azərbaycandan nümunə götürməlidirlər

 

Fevralın 10-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) müşahidə missiyası Bakıda mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, müşahidə missiyasının üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan xalqını seçkilərin baş tutmasına görə təbrik edib. O, yeni çağırış parlamentin Azərbaycan üçün uğurlu olacağına inandığını deyib. Əlavə edib ki, Qafqazın ulduzu hesab olunan Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq.
 
TBMM-in üzvü Orxan Erdem məntəqələrdə seçicilərin heç bir təsirə məruz qalmadan azad şəkildə seçimlərini etdiklərini deyib.

Parlamentin digər üzvü Yunus Kılıç bildirib ki, namizədlərin sayının çox olması, 20-yə yaxın partiyanın iştirakı seçkinin obyektiv və rəqabətli şəraitdə keçdiyini deməyə əsas verir. Seçki məntəqələrində veb-kameraların olması, müşahidəçilərin prosesi istənilən yerdən izləyə bilməsi çox gözəl haldır. Əslində, Azərbaycanın seçkiyə çox sayda beynəlxalq müşahidəçi dəvət etməsi onun açıq ölkə olduğunu, hər şeyin şəffaf olduğunu göstərir.

Türkiyə parlamentinin daha bir üzvü İbrahim Aydemir Azərbaycanın Türkiyə üçün çox dəyərli ölkə olduğunu vurğulayıb: "Burada proseslərin normal keçməsi bizi sevindirir. Biz seçkilərdə ancaq Azərbaycanın iftixar duya biləcəyi bir şərait gördük. Bəzi ölkələr Azərbaycandan nümunə götürməlidir”.

Deputat Uğur Bayraktutan da məntəqələrdə kameraların olmasını, seçicilərin sərbəst səs verə bilməsini müsbət hal kimi dəyərləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video