10 Fevral 2020 15:12
467
SİYASƏT
A- A+

Vyanada Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans keçirilir

 

Fevralın 10-da Vyanada Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans işə başlayıb. Konfransın işində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (AEBA) üzv olan 139 dövlətin nümayəndələri, 40-dan çox nazir, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ekspertlər və jurnalistlər olmaqla, iki mindən artıq nümayəndə iştirak edir.

AZƏRTAC xəbər verir ki, "Uğurların davamlılığı və gücləndirilməsi” mövzusunda keçirilən Nüvə Təhlükəsizliyi üzrə 3-cü Beynəlxalq Konfransda milli nüvə təhlükəsizliyi rejiminin gücləndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, aktual nüvə təhlükəsizliyi vəziyyətinin dəyərləndirilməsi, müasir trendlərin və yanaşmaların müzakirəsi, nüvə təhlükəsizliyi sahəsində AEBA-nın təcrübəsinin bölüşdürülməsi, həmçinin digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Konfrans çərçivəsində yüksəksəviyyəli iştirakçılar çıxış edəcək, Nazirlər Bəyannaməsi qəbul olunacaq.

Konfransda ölkəmizi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Konfrans çərçivəsində Elmar Məmmədyarovun beynəlxalq təşkilatların rəhbərləri və tədbirdə iştirak edən dövlətlərin Xarici İşlər nazirləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Konfrans öz işini fevralın 14-dək davam etdirəcək.

 

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video