10 Fevral 2020 14:26
993
Elm və texnika
A- A+

Ümumi müsahibəyə 26 vakant yer çıxarılıb

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elan üzrə 8 dövlət orqanında 26 vakant vəzifə üzrə 26 yer ümumi müsahibəyə çıxarılıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 125 namizədlə 104 müsahibənin keçirilməsi planlaşdırılır.
 
Müsabiqə vəziyyətinin yüksək müşahidə edildiyi vəzifələr sırasına Məhkəmə-Hüquq Şurası, İnformasiya texnologiyaları və innovasiyalar sektorunda məsləhətçi (1 vakant yer üzrə 21 nəfər), Ekologiya və Təbii Sərvətlər Nazirliyində Audit şöbəsinin Maliyyə və təsərrüfat fəaliyyətinin təhlili sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 16 namizəd) vəzifələri daxildir.

Müsahibələrin fevralın 18-dən martın 5-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi deyil, məsuliyyətsizlik kimi xarakterizə edilir. Belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində namizəd öz adını seçərək açılan müraciət formasında "İMTİNA” düyməsini sıxmalıdır.

Namizədlərdən müsahibə vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video