10 Fevral 2020 12:57
394
SİYASƏT
A- A+

QDİƏT PM-in müşahidə missiyası: Azərbaycanda azad və ədalətli seçki keçirildi

Milli Məclisə seçkiləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) müşahidə missiyası da izləyib.

AZƏRTAC xəbər verir ki, fevralın 10-da missiyanın üzvləri müşahidələrinin nəticələri ilə bağlı mətbuat konfransı keçiriblər.

QDİƏT PM-in müşahidə missiyasının üzvü, türkiyəli deputat Camal Öztürk bildirib ki, Azərbaycanda demokratik, azad və ədalətli seçki keçirildi: "Qardaş Azərbaycanda parlament seçkilərində müşahidəçi kimi iştirak etdim. Müşahidələr apardığım zaman hər hansı neqativ hadisəyə rast gəlmədim. Azərbaycan xalqını təbrik edirəm. Bu seçkilər Azərbaycanın daha da inkişafı üçün yeni başlanğıcdır. Azərbaycan xalqı ən yaxşılarına layiqdir. Biz hər zaman Azərbaycanın yanında olmuşuq, bundan sonra da olacağıq”.
QDİƏT PM-in Baş katibi Asəf Hacıyev fevralın 9-da Bakıda 10-dan çox seçki məntəqəsində olduqlarını, heç bir pozuntu halına rast gəlmədiklərini bildirib: "Maştağa və Bilgəhdə də 10-a yaxın məntəqədə olduq. Buralarda fəallıq daha çox idi”.

Baş katib deyib ki, hər bir seçki demokratiyanın ölçüsüdür. Dünənki seçkilər nəinki Avropa, hətta dünya standartlarına uyğun keçirildi. Soyuq havaya baxmayaraq, səsvermədə 45 faizə yaxın seçici iştirak etdi

QDİƏT PM-in müşahidə missiyasının üzvü, rusiyalı deputat Maksim Şablikin deyib ki, Azərbaycanda seçkilər demokratik keçirdi: "Ən əsası, məndə seçkilərin təhlükəsiz, sakit şəraitdə keçməsi ilə bağlı çox gözəl təəssürat yarandı. Vətəndaşların çox sakit və azad şəkildə seçkilərdə iştirak etdiyini gördüm. Seçkilərin demokratik keçirilməsini çox yüksək qiymətləndirirəm. Azərbaycanda namizədlərin sayına baxanda başa düşmək olur ki, Milli Məclis ölkənin həyatında nə qədər böyük rol oynayır. Düşünürəm ki, bu seçkilər, ilk növbədə, Azərbaycan xalqının qələbəsidir”.

Parlament Məclisinin müşahidə missiyasının digər üzvü, bolqarıstanlı deputat Petar Kanev bildirib ki, o, Azərbaycanda üçüncü dəfədir seçkilərdə müşahidəçi kimi iştirak edir. "Hava soyuq olsa da, seçkiyə maraq çox yüksək idi. Seçkilərin şəffaf keçirilməsinin şahidi oldum. Azad və demokratik seçkilər münasibətilə Azərbaycan xalqını təbrik edirəm”, - deyə o əlavə edib.

QDİƏT PM-in müşahidə missiyasının üzvü, gürcüstanlı deputat Ramaz Nijolaişvili də seçkilərin demokratik şəraitdə keçdiyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video