Alternative content

03:45 06 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
17:57 05.04.2020 Bilirsənsə güclüsən
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Parlament seçkiləri ölkəmizin bir daha demokratiya yolu ilə irəlilədiyini təsdiqlədi
Parlament seçkiləri ölkəmizin bir daha demokratiya yolu ilə irəlilədiyini təsdiqlədi
ANA SƏHİFƏ / SİYASƏT
04:03 10.02.2020


Dünən keçirilən parlament seçkiləri Azərbaycanın demokratiya yolu ilə inamla irəlilədiyini bir daha bütün dünyada nümayiş etdirdi. Ona görə bu mühüm siyasi hadisə əvvəlki seçkilər kimi bütün parametrləri ilə respublikamızın tarixinə demokratik və şəffaf seçkilərdən biri kimi yazıldı.

Ümumiyyətlə, Azərbaycanda seçkilərin demokratik keçirilməsi ilə bağlı kifayət qədər böyük təcrübə və zəngin ənənə mövcuddur. Bu ənənənin əsası isə 27 il əvvələ gedib çıxır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratik seçki mühitinin formalaşdırılması Azərbaycanda hüquqi dövlət quruculuğunun başlıca istiqamətlərindən birinə çevrildi. Heydər Əliyevin həmin ildə Prezident seçilməsi ölkədə demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş cəmiyyəti quruculuğunun, o cümlədən seçki sisteminin təkmilləşdirilməsinin əsasını qoydu.

Ötən 27 ildə Azərbaycanda 6 prezident, 6 parlament, 5 bələdiyyə seçkisi keçirilib. Ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə əlavə və təkrar seçkilər təyin olunub. Bütün bu seçkilər, həmçinin referendumlara dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə vətəndaşların siyasi şüuru və seçki mədəniyyəti daha da yüksəlib.

Parlament seçkiləri kampaniyasına ötən ilin dekabr ayında start verilmişdi. Prezident İlham Əliyevin "Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” 5 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Milli Məclisə seçkilər bu il fevralın 9-na təyin edilmişdi. Mərkəzi Seçki Komissiyası isə dekabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiq etmişdi.

Dekabr, yanvar və fevral aylarında Təqvim Planında nəzərdə tutulan bütün tədbirlər qrafikə uyğun tam həyata keçirildi. Yanvarın 17-dən seçkilərin təşviqat mərhələsi başladı və 23 gün davam etdi. Bu mərhələdə namizədlərə bərabər şərait yaradıldı. Onlar öz seçiciləri ilə görüşlərini keçirərək yaradılmış təşviqat imkanlarından bərabər şəkildə yararlandılar. Beləliklə, seçki kampaniyasının həm namizədliyin qeydə alınması, həm də təşviqat mərhələsi qanunvericiliyə uyğun aparıldı və seçki kampaiyasına kölgə sala biləcək nöqsan qeydə alınmadı.

Dünən isə parlament seçkiləri kampaniyası ən mühüm fazasına qədəm qoydu. Həmin gün seçici hüququna malik Azərbaycan vətəndaşları ölkə üzrə 125 seçki dairəsinin 5573 seçki məntəqəsində səs vermək hüquqlarından istifadə etdilər. Son dəqiqləşdirmələrə əsasən ölkə üzrə 5 milyon 329 min 460 nəfər seçici qeydə alınmışdı. Seçkilərdə Milli Məclisin deputatı adı uğrunda 1314 nəfər namizəd mübarizə apardı. Onlardan 246 nəfərin namizədliyi siyasi partiyalar, 11 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülmüşdü. 1057 nəfər namizəd isə öz təşəbbüsü ilə seçkiyə qatılmışdı.

Parlament seçkiləri uğurla başa çatmaq üzrədir. Seçkinin demokratik, ədalətli və şəffaf keçirildiyini beynəlxalq təşkilatlar və müşahidəçilər də təsdiq etdilər. Bu baxımdan ölkəmizdə parlament seçkiləri tarixə növbəti demokratik ümumxalq səsverməsi kimi düşdü. Seçkinin nəticələri isə vətəndaşların Yeni Azərbaycan Partiyasına rəğbətini bir daha əyani şəkildə nümayiş etdirdi. YAP-ın bu qələbəsi bir daha onu göstərdi ki, Azərbaycan vətəndaşları dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizdə həyata keçirilən siyasi kursu inamla dəstəkləyirlər.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM