Alternative content

02:22 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV MSK ilə “exit-poll”ların nəticələri üst-üstə düşdü
MSK ilə “exit-poll”ların nəticələri üst-üstə düşdü
ANA SƏHİFƏ / SİYASƏT
04:01 10.02.2020


Dünən ölkədə 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsində parlament seçkiləri keçirildi. Yüksək rəqabət şəraitində keçirilən seçkilərin şəffaflığını beynəlxalq və yerli müşahidəçilər də təsdiq etdilər.

Əlavə edək ki, budəfəki parlament seçkilərində 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçmişdi. Onlar 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirdilər.

Seçki başa çatdıqdan sonra beynəlxalq təşkilatlar mətbuat konfransları keçirərək seçkinin gedişatını və ümumi seçki mühitini qiymətləndirdilər. MDB-nin Parlamentlərarası Assambleyası Şurasının müşahidə missiyası, Belarus parlamentinin müşahidə missiyası və digər xarici müşahidəçilər bəyan etdilər ki, ölkə üzrə seçkilər seçicilərin fəallığı şəraitində keçib. İnsanlar seçkilərdə həvəslə iştirak ediblər. Azərbaycanda seçki məntəqələrinin hər biri qanunvericiliyin bütün tələblərinə, məhz ümumxalq, bərabər və demokratik seçkilərin keçirilməsi standartlarına cavab verir.

Seçkilər başa çatdıqdan 2 saat sonra "exit-poll” keçirən təşkilatlar apardıqları sorğunların cavablarını elan etdilər. ABŞ-ın "Artur J.Finkelstein and Associates” təşkilatı və Fransanın "Opinion Way” Sosioloji Araşdırmalar İnstitutunun "İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondu ilə birgə parlament seçkilərində keçirdikləri "exit-poll”un nəticələri demək olar ki, üst-üstə düşdü.

ABŞ-ın "Artur J.Finkelstein and Associates” təşkilatı 47 dairə üzrə 2106 nəfər seçicinin fikrini öyrənib. Toplanan məlumatlar gün ərzində 3 dəfə ABŞ-a, yəni baş ofisə göndərilib.

"Opinion Way” Sosioloji Araşdırmalar İnstitutu ölkə üzrə 236 seçki məntəqəsində "exit poll” keçirib. Ümumilikdə 10 119 səs verən şəxs sorğuya cəlb edilib. Seçici fəallığı 55,06 faiz olub.

Günün sonunda isə Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticəsini elan etdi. Parlament seçkilərində seçici fəallığı 47,81 faiz olub. İki beynəlxalq təşkilatın həyata keçirdiyi "exit-poll”un nəticəsi ilə MSK-nın rəsmi nəticəsi üst-üstə düşdü.

Bu da bir daha təsdiq etdi ki, VI çağrış Milli Məclisə seçkilər ümumilikdə beynəlxalq standartlara cavab verən şəraitdə keçirilib.

R.BAXŞƏLİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM