Alternative content

02:54 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Anonim seçici rəyi
Anonim seçici rəyi
ANA SƏHİFƏ / SİYASƏT
03:58 10.02.2020


Vətəndaşlar "exit-poll” sorğularında da fəallıq nümayiş etdirdilər


Dünən ölkəmizdə daha bir tarixi hadisə yaşandı - VI çağırış Milli Məclisə seçkilər başa çatdı. Beynəlxalq müşahidəçilərin, əcnəbi KİV nümayəndələrinin də iştirak etdiyi seçkilər şəffaf və ədalətli şəkildə keçirildi. Yerli və xarici müşahidəçilərin fikirləri, MSK-nın mütəmadi olaraq verdiyi məlumatlar seçkidə "exit-poll” keçirən təşkilatların rəyləri ilə üst-üstə düşdü.

Dünyada demokratik idarəetmə sisteminin əsas atributlarından sayılan seçkilərin şəffaflığını təmin etmək, ictimai rəyin sözügedən prosesə münasibətini öyrənmək üçün "exit-poll” tədqiqat növündən istifadə edilir. Azərbaycanda da 2003-cü ildən başlayaraq prezident, parlament və bələdiyyə seçkilərində, o cümlədən referendumda "exit-poll” keçirilir. "Exit-poll” Mərkəzi Seçki Komissiyasının nəticələri rəsmən elan etməsindən əvvəl ilkin nəticələri əldə etmək imkanını yaradır, səsvermənin nəticələrinə ictimai nəzarəti həyata keçirir.

Dünən ölkədə soyuq-şaxtalı hava şəraiti hökm sürsə də, seçkidə "exit-poll” keçirən təşkilatların gənc nümayəndələri öz vəzifələrini layiqincə yerinə yetirdilər. Bunu paytaxtın müxtəlif seçki məntəqələrində apardığımız müşahidələrə əsasən söyləyirik.

Əvvəlcə qeyd edək ki, parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası "AJF&Associates İnc.” təşkilatı (ABŞ) ilə birgə, "Rəy Monitorinq Mərkəzi”, "İnsan Hüquqları XXI Əsr - Azərbaycan” Fondu və Fransanın "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (birgə) "exit poll” keçirəcək qurum kimi qeydə alınmışdı. Yəni 3 təşkilat seçkilərdə "exit-poll” keçirdi. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə keçirdiyi "exit-poll” 118 dairə üzrə 1053 seçki məntəqəsini əhatə edib.

Paytaxtın Yasamal rayonu 16 saylı ikinci seçki dairəsinin 8 saylı seçki məntəqəsində Rəy Monitorinq Mərkəzi tərəfindən "exit-poll” tədqiqatı həyata keçirildi. Mərkəzin nümayəndəsi Nərmin Babayeva qeyri-sabit hava şəraiti olmasına baxmayaraq, öz işi ilə məşğul idi. Bəlli oldu ki, Nərmin ilk dəfədir "exit-poll” keçirir. Amma bu heç də onu həyəcanlandırmır. Sözlərinə görə, seçicilər də sərbəst şəkildə sorğuda iştirak edirlər: "İlk dəfədir ki, sosioloji sorğuda iştirak edirəm. Bu, həm də mənim ixtisasıma uyğundur. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin 2-ci kurs tələbəsiyəm. "Exit-poll” keçirmək, vətəndaşlarla ünsiyyətdə olmaq, fikirlərini öyrənmək çox maraqlıdır. Vətandaşlar səsvermə prosesində iştirak etdikdən sonra mənə yaxınlaşaraq anonim sorğu vərəqlərini doldururlar. Artıq hər kəs bilir ki, "exit-poll”da iştirak etməklə ölkənin seçki üzrə beynəlxalq standartlara cavab verməsinə yardım etmiş olur”. Nərmin deyir ki, keçirdiyi tədqiqatın gedişatı ilə bağlı hər iki saatdan bir təşkilatın "supervayzerinə” məlumat verir.

16 saylı Yasamal ikinci seçki dairəsinin 14 saylı seçki məntəqəsində "exit-poll” tədqiqatı həyata keçirən Rəy Monitorinq Mərkəzinin əməkdaşı Fəridə Sadıqova isə daha təcrübəlidir. Bakı Dövlət Universitetinin magistri bir neçə seçki prosesində bu tədqiqatı həyata keçirib. Onun sözlərinə görə, "exit-poll” tədqiqatında seçicilərin fəallığı artır. 2003-cü ildən həyata keçirilən "exit-poll”un metodikası dünya standartlarına uyğun seçilir və təşkilati işlərdə sistem təkmilləşdirilir. Tədqiqata daha çox gənclər cəlb edilir: "Gün ərzində səsvermədən çıxan 7 nəfərdən birinə yaxınlaşıb sorğumuza cavab istəyirik. İnsanlar çox sərbəst şəkildə bizim sorğularımıza cavab verirlər. Sorğularımızı cavablandıran seçicilərin hamısı səslərini heç bir müdaxilə olmadan azad, sərbəst olaraq ifadə etdiklərini, istədikləri namizədə səs verdiklərini bildirirlər”.

Nizami rayonu 24 saylı birinci seçki dairəsinin 14 saylı seçki məntəqəsində isə Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası və "AJF&Associates İnc.” təşkilatı (ABŞ) ilə birgə "exit-poll” tədqiqatı həyata keçirirdi. Təşkilatın nümayəndəsi ilə söhbət zamanı bəlli oldu ki, azad, şəffaf keçirilən seçkilərdə vətəndaşlar "exit-poll”a da tam səmimi münasibət göstərirlər. Onun fikrincə, daha çox gənc nəslin nümayəndələri sosioloji sorğularda aktivlik nümayiş etdirirlər:

"Exit-poll” bu gün bütün dünyada seçki günü geniş tətbiq olunan seçki məntəqələrinin çıxışında səs vermiş seçicilərin rəy sorğusudur. İctimai rəyin öyrənilməsi bütün dövrlərdə mövcud olan dövlətlərin, eləcə də cəmiyyətlərin hər zaman maraq dairəsindədir. Təcrübə göstərir ki, real seçicilərin rəyini öyrənmək yalnız seçki günü seçki məntəqələrində mümkündür. Azərbaycanda isə artıq uzun müddətdir bu təcrübə tətbiq olunur və uğurlu nəticəsi göz önündədir”, - deyə təşkilatın nümayəndəsi vurğuladı.

Göründüyü kimi, digər seçkilərdə olduğu kimi, ölkə vətəndaşları parlament seçkilərində də "exit-poll” sorğularında aktivlik nümayiş etdiriblər.

R.BAXŞƏLİYEV,

A.MƏMMƏDOV (foto),

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM