09 Fevral 2020 18:23
1069
Mədəniyyət
A- A+

İsveçdə "Can Qarabağ" sənədli filminin təqdimatı keçirilib


İsveçdə "Can Qarabağ" sənədli filminin təqdimatı keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçə səfəri çərçivəsində bu ölkədə yaşayan rejissor Rahim Sadıqbəylinin "Can Qarabağ” adlı filminin təqdimat mərasimində iştirak edib.

Tədbirdə İsveç, Norveç, Finlandiya və Danimarkadan olan diaspor fəalları ilə yanaşı, İsveçdəki Azərbaycan səfirliyinin birinci katibi Vaqif Seyidbəyov da iştirak edib.

Ekran əsərində İsveç-Azərbaycan Dərnəyinin (SAF) nəzdində fəaliyyət göstərən "Qarabağ” uşaq milli rəqs qrupu, SAF dərnəyinin rəhbəri Sevda Dadaşova və qrupun müəllimlərinin fəaliyyəti haqqında ətraflı danışılır. Bildirilir ki, "Qarabağ” uşaq milli rəqs qrupu mədəniyyətimizi daha da tanıtmaqla yanaşı, öz fəaliyyəti ilə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri və qaçqınlarımız haqqında məlumatı da yaymağa davam edir. Filmdə, habelə müxtəlif mükafat və medallara layiq görülən "Qarabağ” rəqs qrupunun yaranması, fəaliyyəti, Azərbaycan rəqslərinin və mədəniyyətinin tanıdılması işində rolundan da məlumat verməklə yanaşı, rəqs qrupun İsveç və Avropada qazandığı uğurlardan da bəhs olunur.

Qeyd edək ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səlhət Abbasova, SAF-ın nəzdində fəaliyyət göstərən "Qarabağ” uşaq milli rəqs qrupunun rəhbərliyi və üzvlərinə diplom və hədiyyələr təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video