08 Fevral 2020 02:06
688
Mədəniyyət
A- A+

Gənclərə hədiyyə


Sumqayıt Dövlət Dram teatrında hər zaman gənclərə önəm verilir. Təkcə son iki ildə bir neçə gənc aktyor truppasına qəbul olunub. Yeni hazırlanan tamaşalarda gənclərə təcrübələrini artırmaq üçün geniş imkan yaradılır. Kiçik yaşlı tamaşaçılarda teatra marağın artırılması, məktəblilərlə görüşlərin təşkil edilməsi yönündə bir çox layihələr həyata keçirilir.

Gənclər günü kollektiv C.Cabbarlının "Solğun çiçəklər” tamaşası ilə teatrsevərlərin görüşünə gəlib. Yaradıcılıq mübadiləsi üçün teatra dəvət edilmiş istedadlı rejissor Elşən Zeynallının quruluş verdiyi tamaşada rol alan gənc aktrisalar Şəhla Məmmədova və İlahə Səfərova mükəmməl oyun nümayiş etdiriblər. Tamaşa iki gəncin faciəvi məhəbbət dramı üzərində qurulub. Tamaşa ötən əsrin əvvəllərində baş vermiş hadisəni işıqlandırsa da, əslində, didaktik-nəsihətverici fakt kimi aktualdır. Gözqamaşdırıcı var-dövlətlə saf duyğular, ülvi məhəbbət üz-üzə qalır. Və tamaşa boyu ziddiyyətlərin mübarizəsi gedir. Təəssüf ki, şöhrət günəşi Bəhramın gözünü qamaşdırır, o, xəyanət yolunu seçir, amma sonda həqiqəti dərk edir. Müəllif sanki sevgisindən üz çevirmiş gənci cəzalandırır. Bu tamaşa gənclərə "sevginizdə qətiyyətli olun” mesajını ötürür.

Sevindirici fakt odur ki, rejissor peşəkarlığı, bədii tərtibat və aktyor oyunu tamaşada vəhdət təşkil edir. Nakam sevgi dramında obrazları Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar İlahə Səfərova, Şəhla Məmmədova, İlqar İbrahimov canlandırır. Aktyor personalının canlandırdığı obrazlar sanki hər kəsin başına gələ biləcək bir qarşılıq yaradır.

Sumqayıt teatrının səhnəsində bu tamaşa bir neçə gün göstəriləcək. Artıq biletlər satışa çıxarılıb və tamaşanın seviləcəyi isə mütləqdir. Çünki gənclərə lazım olan sevgi mükəmməlliyi bu tamaşada özünü açıq şəkildə büruzə verir. Həm də sumqayıtlılar yaxşı tamaşaları sevərək izləyirlər.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video