07 Fevral 2020 18:04
1141
Elm və texnika
A- A+

Akademik Ramiz Mehdiyev Rusiya Prezidentinin nümayəndəsi ilə görüşüb


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Rəyasət Heyətində keçirilən görüşdə akademik Ramiz Mehdiyev Azərbaycan və Rusiya arasında əsasən müstəqillik illərində bütün sahələrdə geniş və əhatəli əməkdaşlıq münasibətlərinin yaradıldığını xatırladıb, xüsusilə elm sahəsində iki ölkə arasındakı mövcud elmi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib. Son aylarda AMEA-da aparılan quruculuq işləri və islahatlar, eləcə də müstəqillik dövrünün meydana çıxardığı yeni elmi istiqamətlər, perspektivlər barədə danışan akademik Ramiz Mehdiyev fundamental və tətbiqi elmlərlə yanaşı, humanitar və ictimai elmlər sahəsində də qarşılıqlı elmi əlaqələrin genişləndirilməsi istiqamətində beynəlxalq elmi qurumlarla səmərəli əməkdaşlığa böyük önəm verildiyini vurğulayıb. Rusiya arxivlərində, xüsusilə Sankt-Peterburqda Azərbaycana aid çoxsaylı əlyazmaların, kitab və qəzetlərin mövcudluğunu əsas gətirən akademiya rəhbəri bu yaxınlarda Azərbaycan alimlərinin həmin muzeylərə ezam olunacağına dair qərar verildiyini diqqətə çatdırıb.

Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanla Rusiya arasında mövcud olan dərin tarixi bağlılığı xatırladıb, təmsil etdiyi ölkə tərəfindən ikitərəfli əlaqələrə böyük diqqət yetirildiyini vurğulayıb. Rusiya Elmlər Akademiyası, həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən aparılan genişmiqyaslı tədqiqatlardan söz açan Mixail Şvıdkoy bir sıra elmi-tədqiqat müəssisələri və universitetlərin yeni elmi istiqamətləri barədə danışıb. Qarşılıqlı elmi əlaqələrin səmərəliliyinə diqqət yönəldən rəsmi qonaq Rusiyanın elmi-tədqiqat müəssisələrində, o cümlədən arxivlərdə azərbaycanlı alim və mütəxəssislər üçün hər cür şəraitin yaradılacağını diqqətə çatdırıb.

Azərbaycanla Rusiya arasında bir sıra müştərək elmi əməkdaşlıq məsələlərini müzakirə edən tərəflər iki ölkə arasında mövcud əlaqələrin genişləndirilərək yeni perspektiv tədqiqat və layihələrlə davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video