Alternative content

05:48 30 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:38 30.10.2020 Qisas alınır
01:36 30.10.2020 “Paşinyan qətliamı”
01:24 30.10.2020 BİLDİRİŞ
01:23 30.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev irsi ölkənin davamlı inkişafının təminatıdır
Heydər Əliyev irsi ölkənin davamlı inkişafının təminatıdır
ANA SƏHİFƏ / SİYASƏT
02:02 07.02.2020


Ölkənin inkişaf modelinin əsasında Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyaları dayanır. Bu gün Azərbaycanın qazandığı misilsiz uğurların fövqündə müstəqil dövlətimizin memarı, Ulu Öndər Heydər Əliyevin imzası durur. İllər keçdikcə biz bunu daha aydın görür və dərk edirik. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycan tarixində keyfiyyətcə yeni mərhələ başlandı.

Azərbaycanda dövlət idarəçiliyində, təsərrüfatın bütün sahələrində yeni nəfəs, yeni iş metodunun əsası qoyuldu. Xalq milli adət-ənənələrin qorunub saxlanılmasını, milli düşüncəli ziyalıların təqib olunmadığını gördükcə sabaha daha böyük ümidlə baxır, Heydər Əliyevin rəhbərliyi altında siyasi hakimiyyət ətrafında sıx birləşirdi. Çox sərt rejimi ilə yaddaşlara əbədi həkk olunan sovet sistemi şəraitində Azərbaycan xalqı üçün çox vacib və zəruri hesab edilən xeyli mürəkkəb məsələlər milli mənafe naminə böyük müvəffəqiyyətlə həll edilirdi. Heydər Əliyev çox yaxşı bilirdi ki, millətin millət kimi formalaşmasında və tanınmasında ilk növbədə elmin, təhsilin, mədəniyyətin, incəsənətin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilməlidir. Odur ki, bu yollarla Azərbaycan istiqlalının təməli qoyulurdu.

Heydər Əliyevin siyasi fəaliyyətinin əsasını Azərbaycan xalqının birliyi, hakimiyyət daxilində yekdillik təşkil edirdi. Hakimiyyətlə xalq arasında vəhdətə nail olunması insanların Heydər Əliyevə olan inamını daha da artırırdı. Böyük şəxsiyyət azərbaycanlıları yüksək dövlət, partiya və müxtəlif sahələrdə, xüsusilə təsərrüfat strukturlarında vəzifələrə yerləşdirməklə siyasi hakimiyyəti möhkəmləndirir, milli ruhu qaldırır, respublikanın hərtərəfli inkişafı üçün zəmin yaradırdı. O, Azərbaycan ərazisində yaşayan bütün vətəndaşların vahid amal ətrafında birləşməsinə nail olduqdan sonra diqqəti digər sahələrin inkişafına yönəltdi. Ümumiyyətlə, 1969-1982-ci illər Azərbaycanın tarixində həmişə yüksəliş, tərəqqi, inkişaf kimi qalacaq. Bu illər ərzində elə bir sahə olmadı ki, Azərbaycan ittifaqın digər respublikalarından geri qalsın. Elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət, kənd təsərrüfatı, sənaye sahələri sürətlə inkişaf etdirildi. Milli-mənəvi dəyərlərimiz qorunub saxlanıldı. Moskvanın təzyiqlərinə baxmayaraq, mənəvi dəyərlərin qorunub-saxlanılması, habelə inkişafı diqqət mərkəzində olurdu. Heydər Əliyev azərbaycanlı gənclərin dünyanın müasir elm və mədəniyyət nailiyyətlərini mənimsəmələrinə xüsusi önəm verirdi. Ana dilimizin qorunub saxlanılmasında, belə ağır bir dövrdə Konstitusiyada dövlət dili kimi təsbit olunmasında, milli-mənəvi dəyərlərimizin mühafizəsində, mədəni-maarif, səhiyyə sahələrinin əsaslı şəkildə qurulmasında, demoqrafik inkişafda, milli hərbçi kadrların hazırlanması və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəlməsində Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir.

Ulu Öndər həm özünün nadir siyasi istedadı sayəsində, həm də milli dirçəlişin mükəmməl fəlsəfi konsepsiyasına əsaslanaraq, müasir Azərbaycan adlandırdığımız bir məmləkəti, onun bugünkü həqiqətlərini, sabahkı gününün etibarlı bünövrəsini yarada bilmişdir.

Bütün fəaliyyəti boyu "Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycanı təmsil etdiyimə görə özümü çox xoşbəxt sayıram” sözlərini fəxrlə səsləndirən böyük şəxsiyyət yaddaşımızda, tariximizdə öz parlaq izi ilə qaldı. Heydər Əliyevin tarixi missiyası bitməmişdi, əksinə, ən şərəfli və məsuliyyətli mərhələsi başlayırdı.

Cəmiyyətin bütün təbəqələrini öz sıralarında inam və ümidlə birləşdirən Yeni Azərbaycan Partiyası da Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi şərəfli yol keçib.

1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi zərurətə çevirdi. Siyasi, iqtisadi, sosial böhran xalqın ziyalılarını daha çox narahat edirdi. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarla həyata vəsiqə aldı. YAP həmin tarixdən müstəqil Azərbaycanın, xalqımızın həyatında müsbət bir dönüş, intibah dövrü oldu.

Ulu Öndərin siyasi hakimiyyətə ikinci dəfə qayıdışı 1993-cü ili əhatə edir. Bu tarix xalqımızın yaddaşına əbədi həkk olunub. Həmin il iyunun 15-də Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildikdən sonra xalqda rahat yaşamağa böyük ümid yarandı. Azərbaycanın müstəqilliyinin möhkəmlənəcəyinə və əbədi olacağına, bu yolda qarşıya çıxacaq maneələrin aradan qaldırılacağına tam əminlik formalaşdı. Çoxillik siyasi təcrübəyə malik müdrik rəhbərin siyasi uzaqgörənlik fenomeni, quruculuq və inkişaf təcəssümü özünü dərhal büruzə verdi.

Heydər Əliyev Azərbaycana sabitlik, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Heydər Əliyev Azərbaycanda vətəndaş qarşıdurmasını dayandırdı, vətəndaş birliyi və həmrəylik yaratdı. On minlərlə azadlıqdan məhrum olunanlara amnistiya və əfv tətbiq etdi, Azərbaycan insanına güclü və qüdrətli dövlət bəxş etdi.

Keçən hər bir il sübut edir ki, Ümummilli Lider Heydər Əliyevin irsi, təməlini qoyduğu siyasi kursu daha böyük tarixi əhatə edəcək. Heydər Əliyevə ən böyük abidə onun siyasi kursunun saxlanması və inkişaf etdirilməsidir ki, bu missiya da Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla həyata keçirilir. Heydər Əliyevin bu gün də yaşamaqda olan irsinə öz münasibətimizi qürur hissi keçirməklə yanaşı, eyni zamanda bu irsi yeni nəslə öyrətmək və yaşatmaqla ifadə edirik.

Azərbaycan Ulu Öndər Heydər Əliyev yolu ilə inamla irəliləyir. Bu yolu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən, innovativ siyasəti ölkəmizi böyük uğurlara aparır.

Azərbaycan müstəqilliyinin 29-cu ilində qazandığı nailiyyətlər sayəsində regional və dünya ölkələri arasında lider ölkəyə çevrilib. Xalqımız əmindir ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasını davam etməklə qarşıda duran bütün vəzifələrin uğurla yerinə yetirilməsini təmin edəcəkdir.

Ümummilli Lider Heydər Əliyevin irsi Azərbaycanda daim davam edəcək və Prezident İlham Əliyevin rəhbərliyi altında daha da böyük nailiyyətlər əldə edəcəkdir.

Yusif AĞAYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İctimai əlaqələr, elektron tədris və informasiya təminatı” şöbəsinin müdiri, dosent





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM