06 Fevral 2020 18:57
2524
Qəbullar
A- A+

Bakı Rusiya və NATO-nun ali hərbi komandanlığının ənənəvi görüş yerinə çevrilib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli Valeri Vasilyeviç, xoş gəlmisiniz. Sizi yenidən görməyimə şadam. Şadam ki, sizin NATO-dakı həmkarlarınızla mühüm görüşlərin keçirilməsi ilə əlaqədar Azərbaycana gəlişiniz müntəzəm xarakter daşıyır. Həmçinin Bakının Rusiya və NATO-nun ali hərbi komandanlığının ənənəvi görüş yerinə çevrildiyinə görə bir daha Rusiya tərəfinə minnətdarlığımı bildirmək istərdim. Bu proses artıq üç ildir ki, davam edir və əlbəttə, Bakının seçimi bizim üçün çox əhəmiyyətli və dəyərlidir. Biz bunu bizə etimad və hörmət əlaməti kimi qəbul edirik və əlbəttə, həmçinin hesab edirik ki, bu görüşlər həm bizim regionda, həm də dünyada riskləri azaltmağa çox ciddi kömək edir. Buna görə regionda və dünyada gələcək vəziyyət sizin həmkarınızla bugünkü görüşünüzdən asılı olacaq.

Əlbəttə ki, hər belə tədbir bir daha görüşmək və hərbi-texniki sahədə əməkdaşlığın gündəliyinə nəzər salmaq üçün yaxşı imkandır. Yəni, bizim sizinlə ötən dəfə, ötən il də qeyd etdiyimiz kimi, yaxşı nəticələrimiz, münasibətlərin tarixi, həm də gələcək üçün planlarımız var. Əlbəttə, biz bu istiqamətdə, həmçinin hərbi sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik. Ölkələrimiz arasında ikitərəfli münasibətlərə gəldikdə, qarşılıqlı fəaliyyəti möhkəmləndirmək işində çox uğurlu keçən ilə yekun vurmaq olar. Həm mənim Vladimir Vladimiroviç Putinlə və digər rəhbərlərlə müntəzəm görüşlərim, həm də qarşılıqlı səfərlər ölkələrimizin daha da yaxınlaşmasına təkan verib. Biz indi iqtisadi gündəlik üzrə fəal iş aparırıq. Müxtəlif sahələrdə qarşılıqlı fəaliyyəti nəzərdə tutan beş, indi isə daha artıq - yeddi yol xəritəsi reallaşdırılır və hər bir istiqamət üzrə də yaxşı nəticələr var. Ticari-iqtisadi sahədə də yaxşı nəticələr olub. Ötən il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Nəqliyyat, turizm sahələrində də. Ötən il rekord sayda – 900 mindən çox rusiyalı turist Azərbaycanı ziyarət edib. Ötən ay – yanvarda isə yenə də artım olub. Buna görə də düşünürəm ki, bu il biz asanlıqla milyon həddinə çatacağıq. Bu, əlbəttə ki, məhz ölkələrimiz arasında münasibətlərin göstəricisidir. Çünki rusiyalılar özlərini rahat və vərdiş etdikləri şəraitdə hiss edirlər. Beləliklə, ötən ilin yekunları uğurlu olub. Bu il də sizinlə mühüm görüşdən başlayır. Düşünürəm ki, bu ili də yaxşı nəticələrlə başa vuracağıq. Sizə həmkarınızla yaxşı görüş arzulayıram.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri GERASİMOV dedi:

-Hörmətli İlham Heydər oğlu, sağ olun. İcazə verin, NATO-nun hərbi rəhbərliyi ilə görüş üçün növbəti dəfə meydan yaratdığınıza görə Sizə təşəkkürümü bildirim. Əslində, yaranan beynəlxalq vəziyyət və sabitliyin olmadığı və gözlənilmədiyi, xüsusən Rusiyanın sərhədləri yaxınlığında da, Yaxın Şərqdə də beynəlxalq terrorizmlə gərginləşən mübarizə şəraitində olan bütün bu çətinliklər həm hərbi rəhbərliyin görüşünün, həm də bir sıra məsələlərin müzakirəsinin zəruriliyini şərtləndirir. Eyni zamanda, bunun fonunda Rusiya və Azərbaycan münasibətləri sevindiricidir. Belə ki, bizim ortaq tariximiz və Sizin söylədiyiniz iqtisadi inkişafla bağlı həmin layihələrin fonunda mehriban qonşuluq münasibətlərimiz, hərbi qurumlarımız arasında qarşılıqlı fəaliyyət, xüsusən hərbi-texniki əməkdaşlıq və silahlı qüvvələrimiz arasında digər tədbirlər genişlənir. Çox yaxşıdır ki, bir növ biz hamımız, ordularımız bir ordunun - sovet ordusunun yetirməsidir. Hərbi sahədə münasibətlərimizin yaxınlaşması üçün gələcəkdə də hər şeyi edəcəyik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video