06 Fevral 2020 17:13
1628
İDMAN
A- A+

Rusiya Futbol İttifaqı Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şikayətini təmin edib


Rusiya Futbol İttifaqı (RFİ) Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin sabiq klubu "Dinamo”ya qarşı şikayətini təmin edib.

AZƏRTAC xəbər verir ki, qurum Moskvanın "Dinamo” klubunun heyətinə yeni qatdığı futbolçuların qeydiyyatına və meydana çıxmasına qadağa qoyub. Yığmamızın forvardı Ramil Şeydayevin şikayətinə baxan ittifaq rəsmiləri onunla müqavilə şərtlərinə əməl edilmədiyi qənaətinə gəliblər.

RFİ-nin qərarına əsasən, "Dinamo” R.Şeydayev qarşısında müqavilə öhdəliklərini tam yerinə yetirdikdən sonra qadağa aradan götürülə bilər. Bu isə o deməkdir ki, Ramillə vaxtından əvvəl, heç bir səbəb olmadan iş müqaviləsini pozan Moskva klubu ona təzminat ödəməlidir.

Xatırladaq ki, R.Şeydayev "Dinamo” komandasına 2019-cu ilin yayında "Krılya Sovetov”dan azad agent kimi keçib. Moskva klubu 24 yaşlı hücumçu ilə müqaviləni 2020-ci ilin yanvarında pozduğunu açıqlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video