06 Fevral 2020 03:23
874
MSK
A- A+

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 yanvar 2020-ci il tarixli 1419 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


Qərar № 20/122


35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) sədri Q.S.Qaratov Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) 2020-ci il fevralın 5-də yazılı müraciət edərək 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə Azərbaycan Ümid Partiyasının (Ümid Partiyası) həmin seçki dairəsi üzrə məşvərətçi səs hüquqlu üzvlərinin təsdiq edilməsi və müşahidəçilərinin qeydə alınması barədə dairə seçki komissiyasının 16 yanvar 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) tələblərinə uyğun qəbul edilmədiyini bildirmiş, bununla bağlı qanuna uyğun tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciətə əlavə edilmiş dairə seçki komissiyasının 16 yanvar 2020-ci il tarixli qərarlarından müəyyən edilir ki, Ümid Partiyası tərəfindən məşvərətçi səs hüquqlu üzvlər və müşahidəçilər təyin edilmiş, onların təsdiq edilməsi və qeydə alınması üçün sənədlər komissiyaya təqdim edilmiş, komissiya Ümid Partiyasının müraciətlərini təmin edərək həmin şəxsləri məşvərətçi səs hüquqlu üzv və müşahidəçi kimi müvafiq olaraq təsdiq etmiş və qeydə almışdır.

Dairə seçki komissiyası tərəfindən həmin qərarların qəbul edilməsi zamanı Seçki Məcəlləsinin 36.6-cı və 148.6-cı maddələrinin tələblərinə düzgün əməl edilməmişdir.

Göstərilənlərlə əlaqədar olaraq, dairə seçki komissiyasının Ümid Partiyasının məşvərətçi səs hüquqlu üzvlərinin təsdiq edilməsi və müşahidəçilərinin qeydə alınması barədə 16 yanvar 2020-ci il tarixli qərarları ləğv edilməli, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq məşvərətçi səs hüquqlu üzvlərin təsdiq edilməsi və müşahidəçilərin qeydə alınması vəzifəsi dairə seçki komissiyasına həvalə edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 13-cü, 25.2.1-ci, 25.2.22-ci, 28.2-ci, 36.6-cı və 148.6-cı maddələrinə əsasən qərara alır:

1. 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının Ümid Partiyasının həmin seçki dairəsi üzrə məşvərətçi səs hüquqlu üzvlərinin təsdiq edilməsi və müşahidəçilərinin qeydə alınması barədə 16 yanvar 2020-ci il tarixli qərarları ləğv edilsin, həmin şəxslərə verilmiş müvafiq lövhəciklər etibarsız hesab edilsin, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq həmin şəxslərin təsdiq edilməsi və qeydə alınması vəzifəsi dairə seçki komissiyasına həvalə edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

05.02.2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video