05 Fevral 2020 17:52
947
Elm və texnika
A- A+

AMEA-nın İctimai Elmlər Bölməsinin əməkdaşları 12 dövlət proqramının icrasında iştirak edirlər


2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin elmi müəssisələrində səkkiz elmi istiqamətin 33 problemi üzrə 132 mövzu, 305 iş, 272 mərhələnin üzərində elmi-tədqiqat işləri aparılıb, 45 mövzu, 127 iş, 212 mərhələ tamamlanıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Rəyasət Heyətinin fevralın 5-də keçirilən növbəti iclasında səsləndirilib. İclasda AMEA-nın İctimai Elmlər Bölməsinin hesabatı dinlənilib.

Bildirilib ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətlərində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, dövlət proqramları və strategiyaları, AMEA rəhbərinin sərəncamları, akademiyanın ümumi yığıncağının və Rəyasət Heyətinin qərarları əsas götürülüb. Bölmənin əməkdaşları 12 dövlət proqramın icrasında iştirak edirlər. Ölkə başçısının imzaladığı "2019-cu ilin Azərbaycan Respublikasında "Nəsimi ili” elan edilməsi haqqında”, "Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında”, "Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd edilməsi haqqında” və bir çox digər sərəncamlara əsasən, AMEA-nın İctimai Elmlər Bölməsinin institutlarında çoxsaylı tədbirlər keçirilib.

Qeyd edilib ki, bölmə əməkdaşlarının 2 min 185 əsəri işıq üzü görüb. Onlardan 9-u xaricdə olmaqla 148-i kitab və monoqrafiya, 391-i xaricdə olmaqla 1296-sı məqalə, 58-i xaricdə olmaqla 302-si tezisdir. 54 məqalə impakt faktorlu jurnalda nəşr edilib, elmi işçilərin əsərlərinə 876 dəfə istinad olunub. Hazırda bölmədə 76 doktorant və 259 dissertant, magistratura üzrə 11 nəfər təhsil alır.

Bölmə alimləri Türkiyə, Rusiya, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İran, Özbəkistan, Gürcüstan, Ukrayna, Belarus, Qazaxıstan, Çin, Misir, Polşa, Bolqarıstan, Küveyt, Yaponiya, Vyetnam, Koreya, Səudiyyə Ərəbistanı və s. ölkələrin elmi mərkəzləri və beynəlxalq təşkilatları ilə əməkdaşlıq edib.

Hesabat məruzəsində qeyd edilib ki, ötən il İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələri tərəfindən 20 beynəlxalq konfrans, 2 beynəlxalq forum, 2 beynəlxalq simpozium, 3 beynəlxalq seminar, 22 respublika konfransı, 32 elmi seminar, 8 sessiya, 12 yubiley tədbiri keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video