05 Fevral 2020 00:59
625
İQTİSADİYYAT
A- A+

Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin quruculuq ərməğanları


2019-cu ildə Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı quruculuq işləri aparılıb, şəhər və rayonlarda müasir binalar tikilib. Tikinti-quruculuq işləri aparılarkən müasirliklə milliliyin vəhdəti əsas götürülüb. Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, gözəlləşdirib.

Muxtar respublikada müxtəlif təyinatlı binaların tikintisi və ya bərpa olunaraq yenidən qurulması qədim Naxçıvanı daha da gözəlləşdirməklə yanaşı, həm də ölkəmizin sosial-iqtisadi inkişafını təcəssüm etdirir.

Qeyd edək ki, 2019-cu ildə Naxçıvanda bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 29 milyon 283 min 900 manat vəsait yönəldilib. Bu da bir il öncəki göstəricidən 1,2 faiz çoxdur. Bu göstərici ölkənin digər iqtisadi rayonları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasında əsas kapitala vəsait qoyuluşlarının həcminin daha çox olduğunu deməyə əsas verir.

Vəsait qoyuluşlarının 965 milyon 410 min manatı və ya 93,8 faizi tikinti-quraşdırma işlərində istifadə edilib. Bu da bir il öncəki göstəricidən 1,9 faiz çoxdur.

2019-cu ildə muxtar respublikada 271 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulmuş və ya əsaslı təmir olunub, 159 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib.

Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2019-cu ildə 10 kənd mərkəzi istifadəyə verilib, 3 kənd mərkəzinin inşası davam etdirilib. Bundan əlavə, Ordubad rayonunda dövlət qurumları üçün inzibati binanın və Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasının yenidən qurulması başa çatdırılıb.

Yaşayış məntəqələri 500 ədəd məişət tullantıları konteynerləri ilə təmin edilib, Culfa şəhərində qazanxananın tikintisi başa çatdırılıb.

Muxtar respublikada 2 yaşayış binasının tikintisi, 11 yaşayış binasının yenidən qurulması başa çatdırılıb, 5 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması davam etdirilib. Bundan əlavə, Naxçıvan şəhərində "Gənclər Yaşayış Kompleksi”nin tikintisi, tələbə yataqxanasının yenidən qurulması davam etdirilib.

Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. 2019-cu ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 379 min 157 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da bir il öncəki göstəricidən çoxdur.

2019-cu ildə Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisi, Babək rayonunun Gülşənabad, Ordubad rayonunun Vənənd və Şahbuz rayonunun Türkeş kəndlərində içməli su xətlərinin çəkilişi başa çatdırılıb.

Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunda sutəmizləyici qurğunun və Cəlilkənddə içməli su şəbəkəsinin tikintisi davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video