05 Fevral 2020 00:58
671
İQTİSADİYYAT
A- A+

“Mingəçevir Tekstil”in məhsulları Rusiya, Türkiyə, Portuqaliya, Belçika, Ukrayna, Polşa və Pakistana ixrac olunub


"Mingəçevir Tekstil” artıq bir brendə çevrilib. Fabriklərimizdə istehsal olunan ipliklərin Open End və Ring növlərinə dünyada böyük tələbat var. Qısa bir zamanda istehsal etdiyimiz yüksəkkeyfiyyətli pambıq ipliklərin xarici bazarlara ixracına başladıq. 2018-ci ildə istehsala başlayan müəssisəmiz elə həmin il 4 min tona yaxın - təqribən 16 milyon manatlıq keyfiyyətli məhsul istehsal etdi ki, bunun da 13 milyon manat dəyərində olan 3 min tonu, yəni təqribən 80 faizindən çoxu ixrac olundu.

Bunu Mingəçevir Sənaye Parkındakı "Mingəçevir Tekstil” MMC-nin direktoru Mehman Hüseynov "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.

Mehman Hüseynov bildirib ki, 2019-cu ildə ümumi satış 6 min tonu Open End və 6 min tonu Ring növündə olmaqla, 12 min ton təşkil edib. Bunun da 2 min tonu daxili, 10 min tonu - təqribən 83 faizi isə xarici bazarda satılıb. Beləliklə, daxili bazara satış 7 milyon manat, ixrac isə 39 milyon manat olmaqla, ümumilikdə, 2019-cu ildə 46 milyon manat təşkil edib. Məhsullar Rusiya, Türkiyə, Portuqaliya, Belçika, Ukrayna, Polşa və Pakistana ixrac olunub.

"Fabriklərin istifadəyə verilməsi ölkədə yüngül sənayenin, xüsusilə də tekstil sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammalla təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsula çevrilərək ixracına şərait yaradıb. Bu isə ölkəmizə əlavə xarici valyutanın daxil olması deməkdir. Həmçinin fabriklərimiz sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərinin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda fabriklərimizdə üçnövbəli iş rejimində 700 nəfərdən çox işçi çalışır”, - deyə o bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video