05 Fevral 2020 00:49
1177
İDMAN
A- A+

Azərbaycan ilk dəfə polo üzrə Avropa çempionatına evsahibliyi edəcək


Sentyabrın 10-dan 20-dək Bakıda keçiriləcək 13-cü Avropa Çempionatında iştirak edəcək komandalar müəyyənləşib


Prezident İlham Əliyevin atçılıq idmanının inkişafına ali diqqət və qayğısı sayəsində qədim tarixə malik atçılıq mədəniyyətimizin dünya miqyasında təbliği sahəsində son illərdə önəmli nəticələr əldə olunub və idmançılarımız beynəlxalq səviyyədə böyük nüfuz qazanıblar.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) bildiriblər ki, 2018-ci ilin sentyabrında İtaliyanın Florensiya şəhərində keçirilən sonuncu Avropa çempionatında milli komandamızın yalnız final qarşılaşmasında ev sahiblərinə uduzaraq turnirin gümüş medallarına sahib olması atçılıq idmanı mütəxəssisləri tərəfindən mühüm nailiyyət kimi qiymətləndirilib. Üç il əvvəl Dünya Polo Federasiyasının Baş Assambleyasında 2020-ci ildə çempionatın məhz Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanın idmanın bu növü üzrə qazandığı böyük nüfuzun daha bir ifadəsi olub.

Sentyabrın 10-dan 20-dək Bakıda təşkil olunacaq polo üzrə növbəti - 13-cü Avropa Çempionatında iştirak edəcək komandalar reytinq xallarına əsasən artıq müəyyənləşiblər. Avropanın ən mötəbər tədbirlərindən sayılan bu çempionatda 8 ən yaxşı komanda iştirak edəcək. Çempionata evsahibliyi edəcək Azərbaycan və hazırkı Avropa çempionu İtaliya turnirdə birbaşa iştirak hüququ qazanıblar. Qitə birinciliyinin digər iştirakçıları isə Fransa, İngiltərə, İspaniya, İsveçrə, Niderland və Avstriya komandaları olacaqlar. Bu komandalar Avropanın ən titullu seçmələridir. Belə ki, İngiltərə 6, Fransa və İtaliya 2 dəfə Avropa çempionu adını qazanıblar. İspaniya və İrlandiya yığmaları isə bir dəfə Avropa birinciliyinin ən yüksək pilləsinə yüksəliblər.

ARAF-ın təşkilatçılığı ilə Bakıda keçiriləcək 13-cü Avropa Çempionatında iştirak edəcək milli komandamızın heyəti də müəyyənləşib. Komandamız çempionatdan qabaq ilk təlim-məşq toplanışını keçirdiyi Argentinadan yanvarda qayıdıb. Martda yenidən Argentinada start götürəcək növbəti təlim-məşq toplanışı 90 gün davam edəcək.

Polo üzrə 13-cü Avropa Çempionatının keçiriləcəyi Binə Atçılıq Mərkəzinin ərazisində hazırda ümumi sahəsi 7 hektardan çox olan təxminən 8 futbol stadionu böyüklüyündə meydançanın inşasına başlanılıb. Bu istiqamətdə işlər sürətlə davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video