03 Fevral 2020 23:02
690
Mədəniyyət
A- A+

Ölkəmizin istedadlı gəncləri dövlət qayğısı ilə əhatə olunub


Bu gün sərgilənən əsərlər gənclərin yaradıcı təxəyyülünün zənginliyini, mövzu rəngarəngliyini, özlərinə məxsus sənət duyumlarını əks etdirir. Nümayiş olunan əsərlər, eyni zamanda, gənclərin qədim və zəngin mədəni irsimizə maraq və sevgisinin göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 3-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər Günü münasibətilə təşkil olunan "Gəncliyin səsi” festivalının açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, sərgidə Mədəniyyət Nazirliyi şəbəkəsində fəaliyyət göstərən incəsənət məktəbləri və dərnəklərin şagirdlərinin işləri yer alıb. Gənclərin hazırladığı zərgərlik nümunələri, şəbəkə üslubunda oyma, rəssamlıq və tətbiqi sənətin müxtəlif növlərində əl işləri ilə böyük maraq doğurur.

Gənclər Gününün əhəmiyyətindən söz açan Əbülfəs Qarayev vurğulayıb ki, 2 fevral tarixinin "Azərbaycan Gəncləri Günü” elan edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi: "Həmin vaxtdan etibarən hər il bu tarix gənclərimizin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ölkəmizdə Gənclər Günü ilə bağlı silsilə tədbirlərin təşkil olunması, müxtəlif sahələrdə yüksək nailiyyətlər qazanmış gənclərin mükafatlandırılması, istedadlı gənclərin beynəlxalq festival və müsabiqələrdə iştirakı həmişə dövlətimiz tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr gənc nəslin hərtərəfli inkişafına stimul verir. Sevindirici haldır ki, yaradıcı gənclərimizin fəaliyyəti diqqətdən kənarda qalmır. Mədəniyyət Nazirliyinin tabeliyindəki yaradıcı təşkilatlarda gənclərin fəaliyyətinə xüsusi diqqət yetirilir”.

Nazir qeyd edib ki, bu gün incəsənət və musiqi məktəblərinin fəaliyyəti təkmilləşdirilir, maddi-texniki bazası möhkəmləndirilir: "Bu məktəblərin məzunları ölkəmizin incəsənətinin simaları olmaqla beynəlxalq müsabiqələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Hazırda izlədiyimiz bu əsərlər onu göstərir ki, gələcəyin Tahir Salahovları, Böyükağa Mirzəzadələri yetişir”.

Əbülfəs Qarayev əlavə edib ki, ölkə rəhbərliyinin gəncliyə göstərdiyi diqqət və qayğı onların fəaliyyətini daha da stimullaşdırır, yeni uğurlara ümidləndirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video