03 Fevral 2020 17:30
605
İQTİSADİYYAT
A- A+

İSNA agentliyi: İranla Azərbaycan birgə sənaye şəhərciyi yaradacaq


İranın İSNA xəbər agentliyinin saytında "Azərbaycan ilə İran birgə sənaye şəhərciyi yaradacaq” başlıqlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın iqtisadi potensialından və İran ilə əməkdaşlıq əlaqələrindən bəhs olunub.

Bildirilir ki, hər iki qonşu və dost ölkə birgə iqtisadi layihələr həyata keçirərək qeyri-neft sektorunu inkişaf etdirməyə çalışırlar. Birinci lahiyə çərçivəsində Azərbaycanın Neftçala şəhərində avtomobil zavodu inşa edilib. Hazırda zavodun istehsal etdiyi avtomobillər İran və Azərbaycan bazarında satılmaqla yanaşı, Yaxın Şərqin və Orta Asiyanın bəzi ölkələrinə ixrac da edilir.

Növbəti birgə layihə isə İranın Ərdəbil vilayətində sənaye şəhərciyinin yaradılması olacaq. Tərəflər artıq müvafiq razılıq əldə ediblər. Bu sənəye şəhərciyi sərhəd rayonunda yerləşdiyi üçün həm İrana, həm də Azərbaycana fayda verəcək.

Yaradılacaq yeni sənaye şəhərciyinə hər iki ölkənin iş adamları sərfəli şərtlərlə sərmayə yatıra biləcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video