03 Fevral 2020 15:56
633
İQTİSADİYYAT
A- A+

Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək beynəlxalq aviasiya təhlükəsizlik standartlarına cavab verir


Heydər Əliyev Beynəlxalq Aeroportunun ABŞ-da sərnişin və yük daşımalarına tətbiq olunan aviasiya təhlükəsizlik standartlarına uyğunluq səviyyəsinin hərtərəfli yoxlanması aparılıb.

"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, audit Azərbaycan və ABŞ arasında dövlətlərarası razılaşma əsasında aparılıb. Yoxlama çərçivəsində ABŞ Nəqliyyat Təhlükəsizliyi Departamentinin (Transportation Security Administration (TSA) auditorları bütün müvafiq TSA tələblərinin, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və ABŞ Dövlət Aviasiya Təhlükəsizliyi Proqramının standartlarının və tövsiyələrinin yerinə yetirilməsi ilə tanış olublar.

TSA auditorları sərnişinlərin qeydiyyata alınması, təyyarələrin uçuş öncəsi sınaqdan keçirilməsi, baqajın yoxlanılması, təyyarədə iaşə təhlükəsizliyi, habelə aviasiya təhlükəsizliyi işçilərinin fəaliyyəti ilə tanış olublar. Həmçinin aeroport ərazisinin və perronun təhlükəsizliyi, kinoloji xidmətin hazırlığı, hava limanının elektron sisteminin kiber hücumlardan qorunma səviyyəsinin və sair qiymətləndirilməsi həyata keçirilib.

Yoxlama nəticəsində Nəqliyyat Təhlükəsizliyi Departamenti Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan aviasiya təhlükəsizliyi tədbirlərinin TSA və Beynəlxalq Mülki Aviasiya Təşkilatının bütün tələblərinə tam cavab verdiyi qənaətinə gəlib.

Yoxlama qrupunun mütəxəssisləri "Azərbaycan Hava Yolları” yanında Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin personalının və struktur bölmələrinin bütün rəhbər heyətinin yüksək səviyyəli peşəkar hazırlığa malik olduğunu qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video