03 Fevral 2020 13:51
525
İQTİSADİYYAT
A- A+

Keçən il istehlak qiymətləri indeksi 102,6 faiz olub


Ötən ilin dekabrında istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,5 faiz, 2019-cu ildə isə əvvəlki ilə görə 102,6 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2019-cu ilin dekabrında noyabr ayına nisbətən 100,1 faiz, yanvar-dekabr aylarında isə 2018-ci ilin müvafiq dövrünə görə 102,3 faiz olub.

Dekabrda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi noyabr ayına görə 101,1 faiz, 2019-cu ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 103,8 faiz olub. Dekabrda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,1 faiz, 2019-cu ilin yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,2 faiz təşkil edib.

Ötən ilin dekabr ayında əhaliyə göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,1 faiz, il ərzində isə əvvəlki ilə görə 102 faiz olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video