Alternative content

10:32 26 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
03:49 26.02.2020 Xocalıdan Missuriyə...
03:48 26.02.2020 Qanlı cinayət unudulmur
03:46 26.02.2020 Qanlı xatirə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gəncliyə dəyər verən siyasət
Gəncliyə dəyər verən siyasət
ANA SƏHİFƏ / SİYASƏT
01:06 02.02.2020


Xalq və ümumən bəşəriyyət üçün tarixi əməllərə imza atmış siyasi liderlər bütün digər xidmətləri ilə yanaşı, həm də bütöv nəsillər formalaşdırırlar. Bu nəsillərin hansı ruhda böyüyüb tərbiyələnməsi, hansı ideyaların daşıyıcısı olması liderlərin onlar üçün yaratdıqları örnəklərdən, həyat və fəaliyyətləri ilə təlqin etdikləri prinsiplərdən çox asılıdır. Müstəqil Azərbaycan Respublikasını tarixin ən böyük nailiyyətlərinə yetirmiş Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində də gəncliyə qayğı məsələləri mühüm yer tutur. Bu, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətinin müasir dünyamızın reallıqları şəraitində daha böyük əzmkarlıqla davamıdır.


"Könüllülər ili”nin gəncləri


Bu il "Gənclər günü” ölkəmiz üçün xüsusilə mühüm əhəmiyyət kəsb edir: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli sərəncamı ilə 2020-ci il ölkəmizdə "Könüllülər ili” elan edilib. Bu tarixi qərarın gənclərlə bağlılığı böyükdür.

Sərəncamda da qeyd edildiyi kimi, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbidir. Öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Dünyanın bütün ölkələrində könüllülük deyəndə, ilk növbədə gənclər yada düşür. Onlar öz iradələrinin diqtəsi, ictimai faydalı fəaliyyətləri, gənclik enerjiləri ilə dövlətə, cəmiyyətə, ümumən isə bəşəriyyətə göstərdikləri təmənnasız xidmətlə könüllülük hərəkatının aparıcı qüvvəsi kimi çıxış edirlər. Azərbaycan gəncliyi də son illərdə öz fədakarlıqları, faydalı olmaq əzmi ilə könüllülük fəaliyyətinin mükəmməl örnəyini yaradıblar. Bu baxımdan 2020-ci ilin ölkəmizdə "Könüllülər ili” elan olunması könüllü ruhu ilə yaşayan insanlara, o cümlədən belə bir ruhda yetişən dəyərli gənclərimizə verilən çox yüksək qiymətdir.


Gələcək onlarladır


Hər bir ölkənin, cəmiyyətin gələcəyə baxışında gənclər məsələsi xüsusi yer tutur. İstənilən strateji qərar gənc nəslin maraqlarının təmin olunması, onlara layiqli həyat şərtlərinin yaradılması üçün atılır. Eyni zamanda hər bir xalqın xoşbəxt gələcəyə olan ümidlərini həyata keçirə bilməsindən ötrü gənc nəslin gücünə, enerjisinə, yaradıcılıq əzminə böyük ehtiyac var. Xalqın formalaşdırdığı bütün dəyərlər, zəngin ənənələr gələcəyə məhz gənclər vasitəsilə ötürülür. Gənclik dövlətçilik ənənələrimizi, milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalmış gözəl adətlərimizi göz bəbəyi kimi qoruyub yaşadır. Bütün bunlar onların timsalında əbədilik qazanır və gələcək nəsillərə düzgün istiqamət verir. Bu baxımdan sağlam düşüncəli, savadlı nəslin yetişdirilməsi cəmiyyət üçün mühüm məsələdir.

Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə də, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da gənclər məsələsinə xüsusi önəm verməsi məhz bu zərurətə əsaslanırdı. Heydər Əliyev hər zaman gəncliyə böyük ümidlər bəsləyirdi. Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu vurğulayırdı. Sağlam düşüncəli Azərbaycan gəncliyinin bu ümidləri doğruldub Vətənin gələcəyinə sahib çıxa bilməsindən ötrü onlara diqqət və qayğısını bir an əsirgəmirdi. Bu böyük dövlət xadimi fərqində idi ki, istənilən liderin hələ həyat yolunun başlanğıcındakı gəncliyə ən böyük töhfəsi onların təhsil almasına, fərdi inkişafına kömək göstərməkdir. Ona görə də Heydər Əliyev Azərbaycana hələ birinci rəhbərliyi dövründə onlarca yeni ali və orta ixtisas təhsili müəssisələri yaratmışdı. Ötən əsrin 70-80-ci illərində onun diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gəncin keçmiş ittifaqın ən aparıcı ali məktəblərinə müxtəlif nadir ixtisaslar üzrə təhsil almağa göndərilməsi də hər zaman rəğbətlə xatırlanan tarixdir.


Gəncliyə qayğı


Heydər Əliyev ölkə rəhbərliyinə qayıdışından sonra da Azərbaycan gəncliyinə yenidən sahib çıxdı. Qaragüruhçu qüvvələrin öz məqsədlərinə çatmaqdan ötrü sadəcə vasitə kimi baxdıqları, küçələrdə, meydanlarda öz maraqları üçün istifadə etmək istədikləri, təhsildən, kitabdan, elmdən, sağlam düşüncədən uzaq salmağa çalışdıqları Azərbaycan gəncliyini bu ziyanlı ünsürlərin əlindən aldı. Gənclərimizi sağlam düşüncə işığında, Vətən, dövlət, ümumxalq mənafeləri ətrafında bir araya gətirdi. Gənc nəslə diqqət və qayğını özü də hələ gənc olan müstəqil dövlətimizin ən strateji istiqamətlərindən birinə çevirdi. Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyuldu. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa müddətdə dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başladı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumu Azərbaycan gəncliyinin həyatında mühüm bir səhifə açdı. Həmin forum zamanı Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünməlidir. ...Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”


Tarixdə yeni səhifə


Ulu Öndərin Azərbaycan gəncliyinə olan bu inamı, ümidi tarixin yeni mərhələlərində tam özünü doğrultdu. Böyük uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahədə apardığı ardıcıl, məqsədyönlü işlə yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, Ümummilli Liderin gənclər siyasətinə sadiqliyini də qəbul etdiyi bütün qərarlarla sübuta yetirdi. Azərbaycan gəncliyinin həyatında 2003-cü ildən yeni bir yüksəliş dönəmi başlandı. Gənclərin cəmiyyət həyatında aparıcı qüvvəyə çevrilməsi, onların sosial-iqtisadi problemlərinin həllinin təmin edilməsi məqsədilə icra olunan dövlət proqramları, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafına verilən dəstək bu tarixin ayrı-ayrı xoş məqamlarıdır.

Azərbaycan Prezidentinin həyata keçirdiyi gənclər siyasətində sağlam həyat tərzinin təbliği, idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Müxtəlif bölgələrimizdə olimpiya-idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara evsahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında və digər mötəbər turnirlərdə uğurlu çıxışları buna əyani sübutdur.

Prezident İlham Əliyevin 2007-ci ili ölkəmizdə "Gənclər ili” elan etməsi də onların Azərbaycanın ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb oldu.

Bu gün Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb. Uşaq və gənclər qeyri-hökumət təşkilatlarının yaradılması, onların fəaliyyətlərinin təşkili üçün sağlam mühit formalaşdırılıb, hüquqi baza təkmilləşdirilib. Hazırda Azərbaycan gəncliyi ölkəmizdə aparılan davamlı islahatların əsas kadr bazası kimi çıxış edir. Dövlət rəhbəri gəncləri müxtəlif yüksək dövlət vəzifələrinə irəli çəkir. Onlara etimad göstərir. Gənclərin simasında idarəetmə sistemi zamanın çağırışlarına uyğun dəyişir, ölkə həyatına mütərəqqi meyillər daxil olur. Azərbaycan gəncliyi öz bilik və bacarıqları ilə ölkəmizdə aparılan inkişaf proseslərinə töhfə verir.


Savadlı, bacarıqlı, vətənpərvər gəncliyə inam


Tarixin bütün dövrlərində və bütün ölkələrdə gəncliyin ən böyük ehtiyacı məhz təhsil imkanları ilə bağlı olub. Müasir dünyamızda isə bu, demək olar ki, həyati vacib zərurətə çevrilib. Dünya çox sürətlə dəyişir. Bilik, təhsilə, elmə əsaslanan innovativ bacarıqlar əsas həyat şərtinə çevrilir. İnsan kapitalının formalaşdırılması müasir cəmiyyətlər qarşısında ən mühüm vəzifə kimi durur. Bu reallığı nəzərə alaraq Azərbaycanda da gəncliyə keyfiyyətli təhsil imkanlarının təmin edilməsi, fərdi inkişaf mühitinin hər kəs üçün əlçatanlığı naminə, demək olar ki, bütün imkanlar səfərbərliyə alınır. Azərbaycan Prezidentinin ölkə gəncliyinə əsas çağırışları da məhz təhsillə, biliklərin, innovativ bacarıqların əldə olunması ilə bağlıdır. Bakı Dövlət Universitetinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdəki çıxışı zamanı da Prezident İlham Əliyev gənclərimizə ilk növbədə bunu təlqin etdi: "Bilik olmalıdır. Çünki indi yeni peşələr açılır. Əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur”.

Azərbaycan Prezidenti gənclərin vətənpərvərlik tərbiyəsini də son dərəcə mühüm vəzifə sayır: "Bu olmasa, ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa, nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax, belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq”.


Vətənpərvərlik nümunəsi


Dövlət rəhbərimizin ölkə gəncliyi ilə bağlı arzularının reallaşmasında, irəli sürdüyü davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri böyükdür. Onun irəli sürdüyü layihələr, Heydər Əliyev Fondunun bu layihələrin icrası istiqamətində gördüyü işlər cəmiyyətin ümumi potensialını səfərbər edir. Gənc nəslə öz bilik və bacarıqlarını nümayiş etdirməkdən ötrü bərabər imkanlar mühiti yaradılır. Onların istedadına dəstək verilir. Mehriban xanım Əliyevanın elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, yeniyetmələrin sabahın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində məqsədyönlü fəaliyyəti gənclərimiz üçün parlaq vətənpərvərlik nümunəsi yaradır.

Azərbaycan gəncliyi bu siyasəti dəstəkləyir, ölkəmizin xoşbəxt gələcəyini, yeni qüdrətli mərhələlərə yüksəlməsini bu strateji inkişaf kursunda görür.

İradə ƏLİYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM