Alternative content

20:08 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikası Prezidentinin “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 266 nömrəli və “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2008-ci il 20 iyun tarixli 773 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 266 nömrəli və “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2008-ci il 20 iyun tarixli 773 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
ANA SƏHİFƏ / Fərmanlar
00:51 02.02.2020


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Ekoloji təhlükəsizlik haqqında”, "Su təchizatı və tullantı suları haqqında”, "Avtomobil yolları haqqında”, "Ətraf mühitə dair informasiya almaq haqqında”, "Aviasiya haqqında” və "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1580-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 731 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. "Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 45; 2001, № 12, maddə 755; 2008, № 8, maddə 719; 2010, № 3, maddə 181, № 10, maddə 848; 2011, № 4, maddə 292; 2016, № 2 (II kitab), maddə 251) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci-yeddinci abzaslar müvafiq olaraq üçüncü-səkkizinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"həmin Qanunun 44-cü maddəsinin 2-ci hissəsinin ikinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

1.2. səkkizinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

"həmin Qanunun 44-cü maddəsinin 2-ci hissəsinin ikinci abzasında "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 773 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 491; 2016, № 11, maddə 1801) ilə təsdiq edilmiş "Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin 4.6.9-cu yarımbəndi aşağıdakı redaksiyada verilsin:

"4.6.9. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası aparılmadan fəaliyyətin həyata keçirilməsi, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan digər fəaliyyətin həyata keçirilməsi.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2020-ci il



Digər xəbərlər

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM