01 Fevral 2020 03:28
711
İQTİSADİYYAT
A- A+

KTN-nin son 6 ayda keçirdiyi təlimlərə 40 min nəfər cəlb olunub


Prezident İlham Əliyevin 2019-cu il 27 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən son 6 ayda keçirilən təlimlərdə 39921 nəfər iştirak etmişdir.

Avqust ayından başlamış təlimlərin 2697-si 2019-cu ildə, 91-i isə cari ildə keçirilmişdir. Ötən il keçirilən təlimlərə 38709, bu ilin yanvarında isə 1212 nəfər cəlb edilmişdir.

Nazirlik tərəfindən keçirilən təlimlərə 29781 fermer ilə yanaşı, 8480 icra və bələdiyyə nümayəndəsi, Nazirliyin Aparatının, strukturuna daxil olan və digər qurumların 907 əməkdaşı, 589 baytarlıq və 164 süni mayalanma mütəxəssisi də qatılmışlar.

Yeni subsidiya mexanizminin tətbiqi ilə bağlı keçirilən təlimlər əsasən 3 istiqamət (kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının tətbiqi; əkin subsidiyası və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyat; heyvan subsidiyası) üzrə aparılmışdır.

Yaxın vaxtlarda "Arı subsidiyası”, "Barama subsidiyası”, "Məhsul subsidiyası” və "Toxum-ting subsidiyası” ilə bağlı təlimlərə başlanılacaq. Hazırda bununla bağlı hazırlıq işləri aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video