01 Fevral 2020 03:27
930
MSK
A- A+

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 28 yanvar 2020-ci il tarixli 38 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


QƏRAR № 18/110


2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 57 saylı Kürdəmir seçki dairəsi üzrə qeydə alınmış namizəd İbrahimova Gülzar İsaxan qızı 2020-ci il yanvarın 28-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) teleqramla müraciət edərək seçkiqabağı təşviqatın aparılması zamanı onun hüquqlarının pozulmasını iddia etmiş, bu pozuntuların araşdırılmasını və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Müraciətdə göstərilən halların tam, hərtərəfli və obyektiv araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi və müvafiq qərar qəbul edilməsi üçün dairə seçki komissiyasının da araşdırmaya cəlb edilməsi ilə araşdırma müddəti Mərkəzi Seçki Komissiyasının 30 yanvar 2020-ci il tarixli 17/107 saylı Qərarı ilə artırılmışdır.

G.İ.İbrahimova iddia etmişdir ki, Kürdəmir rayon yerli icra nümayəndələri tərəfindən ona qarşı seçkiqabağı təşviqatın aparılmasına süni maneə yaradılmış, digər qeydə alınmış namizədin xeyrinə qanuna zidd təşviqat aparılmış, təşviqat materiallarını müvafiq yerlərdə yerləşdirə bilməmiş, Atakişili kənd inzibati dairəsi üzrə nümayəndəsi Ə.Həmidov və müavini M.Bağırov onun seçicilərlə görüşməsinə mane olmuşdur.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, komissiyanın iclasına dəvət edilmiş, ancaq iclasa gəlməmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından daxil olmuş məktubda göstərilir ki, Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən həmin seçki dairəsi üzrə seçkiqabağı təşviqatın aparılması üçün qapalı və açıq yerlər ayrılmış və onların istifadəsində bütün namizədlərə bərabər şərait yaradılmışdır. Seçkiqabağı təşviqatın aparılmasında qanuna zidd halların baş verməsinə dair G.İ.İbrahimova dairə seçki komissiyasına müraciət etməmişdir.

Həmçinin seçki dairəsi üzrə qeydə alınmış digər namzədlər V.P.Alıyevin, N.İ.Qəribovun, T.N.Feyzullayevanın, Ə.H.Ağazadənin və onun səlahiyyətli nümayəndəsi N.U.Ağayevin, vəkil edilmiş şəxs K.İ.Hacıyevin, qeydə alınmış namizəd C.G.Məmmədovun səlahiyyətli nümayəndəsi V.Q.Şirinovun, qeydə alınmış namizəd V.M.Abışovun səlahiyyətli nümayəndəsi S.Ə.Salahovun təqdim etdikləri izahatlardan görünür ki, 2020-ci il yanvarın 17-dən başlayaraq seçkiqabağı təşviqat Seçki Məcəlləsinin tələblərinə uyğun aparılmış, qeydə alınmış namizədlərə bərabər şərait yaradılmış, hər hansı bir formada seçkiqabağı təşviqatın aparılmasına maneçilik törədilməsi halı qeydə alınmamışdır.

Kürdəmir Rayon İcra Hakimiyyətinin Atakişili kənd inzibati dairəsi üzrə nümayəndəsi Ə.Həmidov və müavini M.Bağırovun izahatlarından görünür ki, onlar tərəfindən G.İ.İbrahimovanın seçkiqabağı təşviqatının aparılmasına heç bir müdaxilə olmamışdır.

Beləliklə, araşdırma nəticəsində müəyyən edilmişdir ki, seçkiqabağı təşviqatın aparılması qaydalarının pozulmasına yol verilməsinə dair qeydə alınmış namizəd G.İ.İbrahimovanın iddiası öz təsdiqini tapmadığından şikayətin təmin edilməsi üçün əsaslar yaranmamışdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 57 saylı Kürdəmir seçki dairəsi üzrə qeydə alınmış namizəd İbrahimova Gülzar İsaxan qızının 28 yanvar 2020-ci il tarixli 38 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

31.01.2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video