31 Yanvar 2020 17:22
1344
Səhiyyə
A- A+

Yeni koronavirusun yayılması ilə əlaqədar Dünya Səhiyyə Təşkilatının bəyanatı


Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Çin Xalq Respublikasında meydana çıxan və digər ölkələrə yayılan yeni koronavirus epidemiyası ilə bağlı yanvarın 30-da ikinci dəfə Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) üzrə Fövqəladə Hallar Komitəsinin iclasını keçirib.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Çin Xalq Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi mövcud vəziyyətlə və həyata keçirilən qabaqlayıcı tədbirlərlə bağlı məlumat verib. Artıq ölkə daxilində 7711 təsdiq edilmiş və 12167 şübhəli hal qeydə alınıb. Təsdiq olunmuş hallardan 1370-i ağır dərəcəli olduğu, 170-nin ölüm halları ilə nəticələndiyi bildirilib . 124 nəfər xəstəlikdən müalicə olunaraq, evə buraxılıb. DST-nin Katibliyi digər ölkələrdəki vəziyyətə dair ümumi məlumat verib. Artıq 18 ölkədə 82 yoluxma halı baş verib. Digər ölkələrdə xəstəliyə yoluxanlardan 7-si Çinə səfər etməyib. Çinin xaricində üç ölkədə virusun insandan insana ötürülməsi halı qeydə alınıb. Bu üç haldan biri ağır dərəcəlidir, ölüm halları olmayıb.

Komitə Çin hökumət orqanlarının bu məsələdə liderliyini və siyasi öhdəlik götürməsini, şəffaflığını, mövcud epidemiyanın araşdırılması və nəzarətdə saxlanması üçün göstərdiyi səylərini alqışlayıb. Digər ölkələrin sürətli şəkildə diaqnoz qoyması və özlərini qoruya bilməsi üçün Çin, virusu tez bir zamanda müəyyənləşdirib və genetik ardıcıllığını paylaşıb. Bu, diaqnostik alətlər dəstinin tez bir zamanda hazırlanmasına şərait yaradıb.

Komitə hesab edir ki, ölkələr xəstəliyin erkən diaqnostikası, təcridi və müalicəsini təmin etməklə, eləcə də təmas yollarının izlənməsi və risklərə uyğun sosial uzaqlaşdırma tədbirlərinin təşviqi ilə virusun yayılmasına müdaxilə etmək mümkündür. İnfeksiyanın yayılması davam etdikcə, onun qarşısını almaq və azaltmaq üçün strateji hədəflər və tədbirlər görüləcəyini qeyd etmək vacibdir. Komitə epidemiyanın hazırda İctimai Səhiyyə sahəsində Beynəlxalq Fövqəladə Vəziyyət meyarlarına cavab verdiyini qəbul edir və Müvəqqəti Tövsiyələr hazırlanmasını məsləhət görür.

Komitə etiraf edir ki, sübutlar, ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət baş verən zaman insanların hərəkəti və ticarətin məhdudlaşdırılmasının səmərəsiz ola biləcəyini göstərir. Bundan əlavə, məhdudiyyətlər lazımi yardım və texniki dəstəyə əngəl törədə, biznesi çökdürə, bu fövqəladə halların təsirinə məruz qalmış ölkələrin iqtisadiyyatına mənfi təsir göstərə bilər.

Lakin müəyyən xüsusi vəziyyətlərdə, insanların hərəkətini məhdudlaşdıran tədbirlər müvəqqəti faydalı ola bilər, xüsusilə də, əhalinin həssas qrupu arasında virusun ötürülmə dərəcəsinin yüksək olduğu və cavab tədbirlərinin məhdud olduğu yerlərdə. Belə hallarda, ölkələr bu məhdudiyyəti tətbiq etməzdən əvvəl faydanın zərərdən çox olub-olmayacağını qiymətləndirmək üçün risk və xərcləri təhlil etməlidir. Ölkələr Beynəlxalq Tibbi Sanitariya Qaydalarının (BTSQ) tələbinə uyğun olaraq, səfər tədbirləri barədə DST-ə məlumat verməlidir. BTSQ-nin 3-cü maddəsinin prinsiplərinə uyğun olaraq, stiqma və ya ayrı-seçkiliyi təbliğ edən hərəkətlərə yol verilməməlidir.

Baş direktor zəruri hesab edərsə, Fövqəladə Hallar Komitəsi üç ay ərzində və ya daha tez yenidən toplaşacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video