31 Yanvar 2020 17:04
769
Mədəniyyət
A- A+

Azərbaycan stendi Türkiyədə keçirilən sərgidə diqqət mərkəzindədir


Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda keçirilən EMİTT 2020 - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində təmsil olunan Azərbaycan stendinə baş çəkib.

AZƏRTAC Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Beynəlxalq sərgi çərçivəsində turizm şirkətləri ilə B2B (Biznesdən biznesə) formatlı görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq imkanları qiymətləndirilib.

Azərbaycan nümayəndə heyəti Türkiyə və digər ölkələrin kütləvi informasiya vasitələrinə ölkəmizin turizm potensialı barədə müsahibələr veriblər.

Xatırladaq ki, fevralın 2-dək davam edəcək 24-cü EMİTT sərgisi hər il keçirilir və dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur. Ötən il sərgidə dünyanın 94 ölkəsindən 1201 turizm şirkəti təmsil olunub və sərgi ümumilikdə 57 mindən çox ziyarətçi qəbul edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video