Alternative content

05:30 11 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
01:45 11.07.2020 Qlobal liderlik missiyası
01:29 11.07.2020 BİLDİRİŞ
01:29 11.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əhalinin sosial müdafiəsinin gücləndirilməsi davamlı xarakter daşıyır
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi davamlı xarakter daşıyır
ANA SƏHİFƏ / SİYASƏT
02:17 30.01.2020


Prezident İlham Əliyev tərəfindən ötən il əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində qəbul edilən qərarlar tarixi əhəmiyyət daşıyır. Çünki bu sahə ilə bağlı imzalanan fərman və sərəncamlar 4 milyondan çox insanın həyat şəraitinin yaxşılaşmasına xidmət edib. Həmin qərarlar əhatə dairəsinə görə də çox genişdir. Belə ki, minimum pensiyaların, minimum əməkhaqqının, müavinət və təqaüdlərin artırılması ölkə əhalisinin yarısına qədərinin sosial rifahının yüksəlməsinə səbəb oldu.

Keçən il vətəndaşların sosial rifahının yaxşılaşması üçün iki sosial paketin qəbulu mühüm hadisə idi. Həmin sənədlərə əsasən, minimum əməkhaqqı 2 dəfəyə yaxın artırılaraq 130 manatdan 250 manata çatdırıldı. Bunun sayəsində dövlət sektorunda çalışanların əməkhaqqı 20-100 faiz artdı. Minimum əməkhaqqının və dövlət sektorunda əməkhaqqının artımı 1 milyon 350 min nəfəri (o cümlədən dövlət sektoru üzrə 1 milyon, özəl sektor üzrə 350 min nəfəri) əhatə etdi.

Əhalinin pensiya təminatında da mühüm işlər görüldü. Minimum pensiya 72,4 faiz artaraq 116 manatdan 200 manata çatdırıldı, həmçinin əməkhaqqı artımı xüsusi şərtlərlə təyin olunan pensiyalarda (hərbçilərin, dövlət qulluqçularının və başqalarının pensiyalarında) 31 faiz artım təmin edildi. Beləliklə, ümumilikdə hər iki istiqamət üzrə pensiya artımı 750 min nəfərdən çox pensiyaçını əhatə etdi. Nəticədə Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə MDB ölkələri arasında birinci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksi üzrə ikinci yerə yüksəldi.

Bununla yanaşı, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Həmin artım həssas qrupdan olan vətəndaşlardan ibarət 600 min insanı, o cümlədən 300 minə qədər əlilliyi olan şəxsi əhatə edib. Yeni təqaüd növləri - sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis edildi. Eyni zamanda məcburi köçkünlərin müavinətləri, tələbələrin təqaüdləri ciddi şəkildə artırıldı, 800 min insanın problemli kreditlə bağlı olan narahatlığına son qoyuldu.

Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək dəyərləndirərək demişdir: "Keçən il aparılmış islahatlar nəticəsində biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, məhz sosial sahəyə yönəltdik. Mən keçən ilin əvvəlində bunu bəyan etmişdim. Demişdim ki, yığılacaq bütün əlavə vəsait sosial sahəyə yönəldiləcəkdir və bunu da etdik. Hər zaman olduğu kimi sözümüzün üstündə dururuq. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır”.

Beləliklə, pensiyalarda ciddi artım sayəsində ötən il Azərbaycanda pensiyaların orta aylıq məbləği 15, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 15, əlilliyə görə pensiyaların orta aylıq məbləği 22 faiz artıb. Eləcə də Median pensiya məbləğində 54 faiz artım müşahidə edilib.

Məlum olduğu kimi, Ermənistanın Azərbaycana təcavüzünün qarşısını alarkən əlil olan insanların və şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılmasına dövlət xüsusi diqqət göstərir. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitutusiya quruluşunun müdafiəsi uğrunda döyüşdə şəhid olan insanların ailələrinin və əlilliyi olan şəxslərin mənzillə təminatı, həmçinin müharibə əlillərinə minik avtomobillərinin verilməsi ənənə halını alıb. Bunun təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən hələ ötən əsrin 90-cı illərində qoyulub. Prezident İlham Əliyev də bu kateqoriyadan olan insanların problemlərinə həssaslıqla yanaşır, onların sosial vəziyyətini yaxşılaşdırmaq üçün operativ qərarlar qəbul edir.

Prezident İlham Əliyevin qayğısı sayəsində 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, ötən il bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verildi. Beləliklə, nazirlik tərəfindən indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev təqdim edilib. Bu kateqoriyadan olan insanlara göstərilən qayğı cari ildə də davam edəcək. Dövlət başçısının birbaşa tapşırığı ilə bu il şəhid ailələrinə və müharibə əlillərinə ən azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.

Müharibə əlilləri və onlara bərabər tutulanların dövlət tərəfindən minik avtomobilləri ilə təminatı sahəsində xeyli işlər görülüb. 2018-ci ildə bu kateqoriyadan olan insanlara 265 avtomobil verildiyi halda, 2019-cu ildə 600 avtomobil verilib. Ümumilikdə, nazirlik tərəfindən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə indiyədək 6750 minik avtomobili verilib.

Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli və 28 yanvar 2019-cu il tarixli fərmanlarına əsasən, şəhidlərimizin vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) ilə təminatı sahəsində mühüm addımlar atıldı.

Aparılan araşdırmalar nəticəsində məlum oldu ki, şəhid hərbi qulluqçuların və daxili işlər orqanları ənəkdaşlarının sayı 12268 nəfərdir və onların vərəsələrinə birdəfəlik ödəmə verildi. Beləliklə, onlardan 12 minədək şəhidin 18 minədək vərəsəsinə nazirlik tərəfindən birdəfəlik ödəmə həyata keçirildi. Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramının icra səviyyəsi 98 faizə çatıb. Qalan şəhidlərin vərəsələri tərəfindən də notarial qaydada sənədlər nazirliyə təqdim edildikcə onlara da birdəfəlik ödənişlərin verilməsi təmin ediləcək.

Ölkə rəhbərinin 9 avqust 2018-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılaraq ötən ilin may ayında fəaliyyətə başlayan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və agentliyin 1 saylı Bakı DOST mərkəzi sosial sahədə vətəndaş məmnunluğuna yönəlik köklü islahatların bir təzahürü olmaqla keçən il sosial sahədə atılan uğurlu addımlardan biridir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb.

Prezident İlham Əliyev DOST Agentliyi və onun 1 saylı Bakı DOST mərkəzinin açılışı mərasimindəki çıxışında bu yeni sahənin ölkəmiz üçün əhəmiyyətini vurğulayaraq demişdir: "Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.

Mərkəzdə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya sahələri üzrə 132 növ xidmət təqdim edilir. Bura "Pensiya və sosial sığorta”, "Sosial müavinətlər və təqaüdlər”, "Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, "Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, "Əmək münasibətləri”, "Məşğulluq xidmətləri”, "Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, "Bank və notarius xidmətləri” də daxildir. Beləliklə, vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən "bir pəncərə”dən faydalanmalarına imkan yaradılıb.

Ötən ilin 8 ayında 1 saylı Bakı DOST Mərkəzində 65 minə yaxın vətəndaş qəbul edilib. Gün ərzində təxminən 400-dək vətəndaşın müraciət etdiyi və xidmətlərdən faydalandığı mərkəzdə xidmətlərin vətəndaş məmnunluğunun səviyyəsi 95,2 faiz təşkil edir.

DOST Agentliyi keçən ilin dekabrın 3-6-da keçirilən "Bakutel-2019” - XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində də uğurla iştirak edib və sərginin "Ən yaxşı debüt'' sertifikatına layiq görülüb. 1 saylı Bakı DOST Mərkəzi sərgidə vətəndaşlara harada qeydiyyatda olmalarından asılı olmayaraq xidmətlər təqdim edib, sərgi zamanı 100-dən çox vətəndaş bu xidmətlərdən faydalanıb. Həmçinin "e-arayış” xidmətləri vasitəsilə vətəndaşlar elə oradaca real vaxt rejimində arayışlar əldə ediblər.

Keçən il dekabrın 24-də isə Prezident İlham Əliyevin iştirakı ilə Bakının Xəzər rayonunda 2 saylı Bakı DOST Mərkəzinin (Xəzər, Pirallahı) açılışı olub. Həmin mərkəz gün ərzində 250-300 vətəndaşı qəbul edir.

DOST Agentliyi "Könüllü DOST” proqramı ilə ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayır. "Könüllü DOST” proqramı üzrə 3 altproqram "Gənc DOST”, "Gümüşü DOST” (pensiyaçılar üçün) və "Virtual DOST” altproqramları icra olunur. Könüllülük fəaliyyətinə, o cümlədən DOST mərkəzlərində könüllü fəaliyyətə olan böyük marağın göstəricisi kimi, "Könüllü DOST” proqramına indiyədək 6900-dək müraciət olunub və ötən dövrdə bu proqram üzrə 250-dək könüllü DOST mərkəzlərinə cəlb edilib. "Könüllü DOST” proqramı məzunlarından 17 nəfəri 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşı kimi fəaliyyətini davam etdirir.

2019-2025-ci illərdə Bakıda və bölgələrdə 31 DOST mərkəzinin yaradılması, o cümlədən DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi proqramı çərçivəsində 2020-ci ildə Bakıda daha 2 DOST mərkəzinin, həmçinin Sumqayıt şəhərində, Abşeron, Şəki, Bərdə, Quba, Sabirabad rayonlarında DOST mərkəzlərinin yaradılması üçün işlər aparılır.

Ölkəmizə səfərə gələn mötəbər beynəlxalq qurumların nümayəndə heyətləri, eləcə də diplomatik korpus nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və 1 saylı Bakı DOST Mərkəzi ilə tanış olub DOST layihəsinin uğurlu bir yenilik, innovativ təcrübə olduğunu bildiriblər.

Dövlət əlilliyi olan şəxslərin reabilitasiyasını da diqqət mərkəzində saxlayır. Çünki cəmiyyətdən təcrid olunan insanlar bu yolla yenidən cəmiyyətə qaytarılıb təzədən əmək fəaliyyəti ilə məşğul olurlar. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 10457 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib. Onlardan 8101-i stasionar, qalanları ambulator şəraitdə bərpa xidmətləri ilə təmin ediliblər. Həmin insanların sağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları əsasında kompleks reabilitasiya işləri aparılıb.

Keçən il nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi 9682 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onlardan 1069 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. Həmçinin qeyd olunan dövrdə mərkəz tərəfindən əlilliyi olan şəxslərə 38041 reabilitasiya vasitəsi (2052 əlil arabası, 1732 protez, 1386 ortez, 9395 müxtəlif reabilitasiya vasitəsi, 554 korset, 2830 cüt protez ayaqqabı, 4192 cüt ortopedik ayaqqabı, 518 dördayaqlı dayaq vasitəsi, 3203 qoltuqaltı və dirsəkaltı ağac, 2693 əsa, 678 eşitmə aparatı və s.) verilib, 745 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib. Eyni zamanda vətəndaşların bu xidmətdən asan şəkildə istifadə etməsi üçün zəruri tədbirlər görülür. Belə ki, ötən il mərkəz tərəfindən səyyar xidmət olaraq 1124 nəfər əlilliyi olan şəxsə 4821 reabilitasiya vasitəsi yaşadıqları şəhər və rayonlara aparılaraq təqdim edilib.

Dövlət başçısının tapşırıqları əsasında ötən il reabilitasiya və sosial xidmət infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində mühüm işlər aparılıb. Bu məqsədlə keçən il Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün regional bərpa mərkəzləri, Mərdəkan Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Hazırda Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran regional bərpa mərkəzlərində, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında, Göygöl və Şamaxı Psixonevroloji sosial xidmət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri davam edir. Yaxın aylarda onlardan bir hissəsi, həmçinin Qobustan rayonunda inşa edilən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi istifadəyə veriləcək.

Ötən il Gəncə şəhərində Peşə Hazırlığı Mərkəzi də istifadəyə verilib. Bununla yanaşı, dövlət başçısının tapşırığına əsasən, bərpa mərkəzləri şəbəkəsinin ölkəboyu genişləndirilməsi işlərinə də başlanılıb. 2020-ci ildə ayrı-ayrı bölgələrdə uşaq bərpa mərkəzlərinin tikintisinə başlanması da nəzərdə tutulub. Keçən ildən davam edən işlərin sayəsində bu il daha 10 reabilitasiya mərkəzinin və sosial xidmət müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır.

Dövlət başçısının "Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2 dekabr 2019-cu il tarixli Sərəncamı da mühüm önəm kəsb edir. Belə ki, sərəncamla bir sıra sosial təyinatlı obyektlərin, o cümlədən reabilitasiya müəssisələrinin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqlarla təchizatı işlərinin genişlənməsinə şərait yaradır. Bunun üçün 20 milyon 19 min 100 manat vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən bu kateqoriyadan olan gənclər peşə hazırlığına cəlb edilirlər. Keçən il 227 gənc mərkəzə qəbul olunub. 2018-ci ildən təlimi davam etdirən 78 nəfər də daxil olmaqla il ərzində 305 nəfər peşə reabilitasiya kursunda olub. Gənclər burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmətlə də təmin ediliblər.

Əhaliyə göstərilən sosial xidmətlər daim təkmilləşdirilir. Məqsəd bu xidmətlərdən istifadənin asanlaşdırılmasıdır. Nazirliyin sosial xidmət müəssisələrində müvafiq kateqoriyalardan olan şəxslərdən ibarət 1100 nəfərə stasionar şəraitdə reabilitasiyayönümlü sosial xidmətlər göstərilib. Onlardan 9800 nəfəri - tənha ahıl və əlilliyi olan şəxslər evlərində bu xidmət növündən faydalanıb.

Prezident İlham Əliyevin "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamının icrası sayəsində nazirliyin sosial sifarişləri əsasında uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb. Hazırda 200-ə yaxın mərkəz tərəfindən əsasən uşaqlardan ibarət 10 minədək şəxsə reabilitasiyayönümlü sosial xidmətlər göstərilir. Ümumilikdə, ötən il stasionar, yarımstasionar və evdə xidmət formasında 20 mindən çox insan sosial xidmətlə təmin edilib.

Həyata keçirilən sosial siyasətin əsas məqsədi ehtiyacı olan hər bir Azərbaycan vətəndaşına qayğı göstərməkdir. Ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsədi də bu amala xidmət etməkdir. Keçən il ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi 70 faizə qədər genişlənib və 72 min aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı ödənilib. Bir ailəyə düşən orta aylıq yardım məbləği 209 manatdır. Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrin üzvlərinin 55 faizə yaxını uşaqlardır. Cari ildə bu proqramın daha da genişləndirilməsi təmin olunacaq.

"Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” 23 dekabr 2019-cu il tarixli sərəncam dövlət başçısının aztəminatlı ailələrin maddi təminatlarının yaxşılaşdırılmasına qayğısının daha bir təzahürüdür. Sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım göstərilib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fond tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə respublika üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə bayram sovqatları paylanılmışdır.

"Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə bu il üçün ehtiyac meyarının həddinin 160 manata çatdırılması aztəminatlı ailələrə göstərilən qayğının nəticəsidir. Belə ki, 2006-cı ildən (ÜDSY tətbiq olunduğu ildən) ötən dövrdə ölkəmizdə ehtiyac meyarının həddinin 5,3 dəfə artırılması təmin edilib ki, bu da aztəminatlı ailələrin sosial müdafiəsinin ildən-ilə gücləndirilməsinə xidmət edir.

Məlumdur ki, sosial müdafiənin ən yaxşı forması əhalinin işlə təminatının yüksək səviyyəyə çatdırılmasıdır. İşləyən, yüksək əməkhaqqı alan vətəndaşın sosial yardıma ehtiyacı qalmır. Odur ki, dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsas prinsiplərindən biri də əhalinin məşğulluğunun təmin edilməsidir.

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 103028 şəxs münasib işlə təmin edilib, 3168 şəxs peşə hazırlığı kurslarına cəlb olunub, 135 minə yaxın vətəndaşa peşəyönümü məsləhət xidməti göstərilib.

Dövlət Məşğulluq Xidmətinin Bakı və Göyçay şəhərlərindəki regional peşə təhsili mərkəzləri fəaliyyət göstərir. Keçən ilin dekabr ayında Gəncə Peşə Hazırlığı Mərkəzi də istifadəyə verilib. Həmin mərkəzdə ilk mərhələdə 60 peşə üzrə il ərzində 900 nəfərədək şəxsin peşə hazırlığı həyata keçiriləcək. Bununla yanaşı, "2019-2030-cu illər üçün Məşğulluq Strategiyası”nda hədəflər sırasında 2019-2030-cu illər ərzində Azərbaycanda regional peşə tədrisi mərkəzlərinin sayının 10-a çatdırılması nəzərdə tutulub.

2019-cu ildə 56 rayon və şəhərdə mütəmadi olaraq əmək yarmarkaları da keçirilib. Bu yarmarkalarda 1324 müəssisə iştirak edib və 15183 vakant iş yeri təqdim edilib. 3411 nəfərə münasib iş yerlərinə göndəriş verilib, 298 nəfərin peşə hazırlığı kurslarına qeydiyyatı aparılıb, 311 nəfər istəkləri əsasında ödənişli ictimai işlərə cəlb edilib.

Dövlət başçısının tapşırığı ilə 2019-cu ilin əvvəlindən "İşsizin DOSTu” proqramı çərçivəsində 38 min ödənişli ictimai iş yeri yaradılıb. Məşğulluq mərkəzlərində qeydiyyatda olan, əsasən həssas qruplardan olan 47 min işsiz və işaxtaran şəxsin "İşsizin DOSTu” proqramı çərçivəsində yaradılmış iş yerlərində haqqı ödənilən işlərlə təminatı həyata keçirilib. Belə iş yerləri ilkin peşə hazırlığı olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyır. Ödənişli ictimai işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir.

"İşsizin DOSTu” proqramı çərçivəsində ictimai işlərə cəlb olunanların hər biri ilə əmək müqaviləsi bağlanıb. Bu əmək müqavilələri nazirliyin "Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Belə hal həmin şəxslərin sosial sığorta sistemində qeydiyyata alınmaqla gələcəkdə pensiya hüquqlarının yaranmasına əsas yaradır, yaxud mövcud fərdi hesablarında pensiya kapitallarını artırmalarına imkan verir. Cari ildə də ictimai işlər proqramı davam etdiriləcək.

Özünüməşğulluq proqramının əhatə dairəsi 2017-ci ilə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilərək onlara verilmiş aktivlər hesabına ailə təsərrüfatlarını yaradıblar. Ötən il isə özünüməşğulluq proqramına 10354 nəfər cəlb edilib və müvafiq təlimləri başa vuraraq biznes planlarını uğurla müdafiə ediblər. Onlardan 9 min nəfəri mal və materiallar formasında öz aktivlərini alaraq ailə təsərrüfatlarını yaradıb. Hazırda aktivlərin paylanma prosesi davam edir, cari il yanvarın sonuna qədər qalanları da aktivlərlə təmin olunacaq.

Özünüməşğulluq proqramında həssas əhali qruplarına üstünlük verilir. Keçən il bu proqrama cəlb edilənlərdən 2373-ü əlilliyi olan şəxslər, 1860-ı məcburi köçkünlər, 479-u ünvanlı sosial yardım alanlar, 257-si şəhid ailəsi üzvləri, 134-ü cəzaçəkmə müəssisəsindən azad edilənlərdir.

Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlara beynəlxalq səviyyədə verilən yüksək qiymətin növbəti göstəricisi isə keçən ilin mayında Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) növbəti Avropa Regional Sosial Təminat Forumunun Bakıda keçirilməsidir. Ölkəmizin evsahibliyi etdiyi forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən 140-dan çox nümayəndə iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial-iqtisadi layihələrin icrasında elektron texnologiyalara geniş yer verilməsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bunun təzahürü kimi BSTA tərəfindən ünvanlı dövlət sosial yardımı üzrə elektron sistem, əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem, özünüməşğulluq proqramı və qeyri-rəsmi məşğulluğun qarşısının alınması layihələri uğurlu təcrübə nümunələri kimi müsbət dəyərləndirilərək mükafatlara layiq görülüb.

Ötən il sosial müdafiə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və sadələşdirilməsi, sosial təminat sistemində ədalətlilik prinsipinin gücləndirilməsi, həssas qruplardan olan vətəndaşlarla bağlı humanist yanaşmanın daha dolğun tətbiqi, eləcə də müvafiq uyğunlaşdırmanın aparılması sahəsində də addımlar atılıb.

Prezident İlham Əliyevin 2019-cu il dekabrın 16-da təsdiqlədiyi yeni qanunlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etməklə yanaşı, sosial təminat sisteminin təkmilləşdirilməsində də növbəti addımdır. Bu qanunlarla yaşa görə əmək pensiyası və yaşa görə müavinət hüququ verən yaşlar arasında uyğunsuzluq 2020-ci il yanvarın 1-dən aradan qaldırılıb, hər iki sosial təminat növü üzrə hüquq yaranan yaş hədləri eyniləşdirilib.

Əgər bu ilin əvvəlinədək qadınlar (yaşa görə pensiya hüququ olmadıqda) yaşa görə müavinət hüququnu 62 yaşda, kişilər (yaşa görə pensiya hüququ olmadıqda) isə 67 yaşda qazanırdısa, bu ilin əvvəlindən bu yaş həddi pensiya hüququ yaranan yaş həddi ilə eyniləşdirilib. Beləliklə, 2020-ci il yanvarın 1-dən qüvvəyə minən yeni qanunla hazırda yaş həddi 61 il 6 ay olan qadınlar və yaş həddi 64 il 6 ay olan kişilər (yaşa görə pensiya hüquqları olmadıqda), bu ayın 1-dən yaşa görə müavinət hüququ qazanıblar.

Yaşa görə müavinətin təyinatı ötən il elektronlaşdırılıb və həmin şəxslərə bu müavinət elektron qaydada təyin olunur. Onlara yaşa görə müavinət təyin edilməsi üçün hər hansı quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmır. Vətəndaşa elektron qaydada müavinətin hansı bankdan alınması barədə bildiriş SMS vasitəsilə göndəriləcək. SMS göndərilməsi üçün adına nömrə yoxdursa, vətəndaş məlumatı nazirliyin 142-Çağrı Mərkəzindən və ya nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsindən əldə edə bilər. Bundan sonra şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan kartı ala bilər.

Yeni qanunvericiliyə görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi hər uşağa görə 1 il azaldılır. Belə ki, beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadının yaşı hazırda 56 yaş yarımdırsa və pensiya hüququ yoxdursa, o zaman ona yaşa görə müavinət təyin edilir. Uşaqların sayı 6 olduqda bu yaş göstəricisi 55 yaş yarım, 7 olduqda 54 yaş yarım və s. yaş həddinə enir. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların da yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi 5 il azaldılır.

Ailə başçısını itirmiş ailəyə ailə başçısını itirməyə görə pensiya və ya müavinətdən daha yüksək məbləğdə olanını seçmək hüququnun verilməsini nəzərdə tutan qanunvericilik layihəsi hazırlanaraq qəbul edilib və cari ilin əvvəlindən qüvvəyə minib.

Ailə başçısını itirmiş sağlamlıq imkanları məhdud uşaqlara hüququ çatan iki müavinət növündən (ailə başçısını itirməyə görə müavinət və sağlamlıq imkanları məhdudluğuna görə müavinət) yalnız birini seçə bilməsi kimi məhdudiyyətin aradan qaldırılmasını, onların hər iki müavinəti ala bilmək hüququna malik olmalarını nəzərdə tutan qanunvericilik layihəsi hazırlanaraq qəbul edilib və ilin əvvəlindən qüvvəyə minib.

Rüstəm KAMAL,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM