30 Yanvar 2020 02:06
1036
MSK
A- A+

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 yanvar 2020-ci il tarixli 37 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

QƏRAR № 16/105


2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 109 saylı Balakən seçki dairəsi üzrə qeydə alınmış namizəd Dibirov Mustafa Dibir oğlu və digərləri 27 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək Xəzər Televiziyasında (Xəzər TV) həmin seçki dairəsi üzrə qeydə alınmış digər namizəd Məhəməliyev Nəsib Məhəmməd oğlunun xeyrinə seçkiqabağı qanunsuz təşviqat aparıldığını iddia etmiş, onun namizədliyinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Ərizəçilər müraciətdə iddia etmişlər ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 109 saylı Balakən seçki dairəsi üzrə qeydə alınmış namizəd M.N.Məhəməliyev barədə Xəzər TV-nin 23 yanvar 2020-ci il tarixdə efirə getmiş "Səni axtarıram” verilişində aparıcı Xoşqədəm Hidayət qızı tərəfindən namizədin xeyriyyəçilik fəaliyyəti ilə məşqul olmasını əks etdirən fikir səsləndirilmiş, M.N.Məhəməliyevin xəstə olan bir şəxsin müalicəsi üçün 1500 manat pul verməsi elan edilmişdir.

Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Xəzər TV-nin 23 yanvar 2020-ci il tarixdə efirə getmiş "Səni axtarıram” verilişində 109 saylı Balakən seçki dairəsi üzrə qeydə alınmış namizəd M.N.Məhəməliyevin və ya onun maraqlarını təmsil edən hər hansı bir şəxsin iştirak etməsi ilə bağlı "Xəzər TV” MMC-dən sorğuya cavab olaraq təqdim olunmuş 29 yanvar 2020-ci il tarixli məktubda göstərilir ki, Xəzər TV-də yayımlanan "Səni axtarıram” verilişinin 23 yanvar 2020-ci il buraxılışında deputatlığa namizəd M.N.Məhəməliyev və ya onun maraqlarını təmsil edən hər hansı bir şəxs iştirak etməmişdir.

Qeydə alınmış namizəd M.N.Məhəməliyev tərəfindən verilmiş məlumatda göstərilir ki, 2019-cu ilin oktyabr ayında "Səni axtarıram” verilişində Yeganə Babayeva adlı şəxsin xəstə uşağının müalicəsinə kömək üçün verilmiş elan əsasında onun ailə üzvləri tərəfindən həmin şəxsə müvafiq maddi yardım göstərilmişdir. Həmin yardımın beş aydan sonra hazırkı təşviqat dövründə qeyd edilən verilişdə səsləndirilməsi seçicinin ələ alınması kimi qiymətləndirilə bilməz.

Araşdirma ilə qeydə alınmış namizəd M.N.Məhəməliyevin ailə üzvlərinin köməklik göstərdikləri Yeganə Babayevanın 109 saylı Balakən seçki dairəsinin seçicilər siyahısında olması müəyyən edilməmişdir.

Beləliklə, qeydə alınmış namizəd M.N.Məhəməliyev tərəfindən Seçki Məcəlləsinin 88.4.1-ci maddəsinin tələbinin pozulmasına yol verilməsi halı təsdiqini tapmamışdır.

Göstərilənlərə əsasən şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 109 saylı Balakən seçki dairəsi üzrə qeydə alınmış namizəd Dibirov Mustafa Dibir oğlu və digərlərinin 27 yanvar 2020-ci il tarixli 37 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

29.01.2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video