Alternative content

09:15 20 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Təsviri sənətdə Heydər Əliyev obrazı” monoqrafiyası çapdan çıxıb
“Təsviri sənətdə Heydər Əliyev obrazı” monoqrafiyası çapdan çıxıb
ANA SƏHİFƏ / Elm və texnika
18:53 29.01.2020
 

AMEA-nın Memarlıq və İncəsənət İnstitutu tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikada siyasi hakimiyyətə gəlişinin 50 illiyinə ithaf olunan "Təsviri sənətdə Heydər Əliyev obrazı” adlı monoqrafiya işıq üzü görüb. Nəşrin müəllifləri institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovdur. Monoqrafiyanın elmi redaktoru tanınmış heykəltəraş, akademik Ömər Eldarov, "Ön söz"ün müəllifi isə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, nəfis poliqrafik tərtibatda Azərbaycan və rus dillərində çap edilmiş kitab təsviri sənətdə Heydər Əliyev obrazını əsas tədqiqat obyekti kimi müəyyənləşdirən ilk irihəcmli elmi əsərdir. Bugünədək Ulu Öndərin portretlərinə həsr edilmiş çoxsaylı yazılara, məqalələrə rast gəlinsə də, problemin əhatəli elmi qoyuluşu baxımından bu monoqrafiya ilk fundamental araşdırma olub, təsviri sənətdə Heydər Əliyev obrazını sistemli şəkildə, ciddi elmi müstəvidə işıqlandırıb.

Giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan nəşrdə Ulu Ondərin Azərbaycan və xarici ölkə rəssamları tərəfindən yaradılmış xeyli sayda obrazı əks olunub, əsərlərin sənətşünaslıq təhlili verilib, onların müasir Azərbaycan incəsənətinin inkişafındakı rolu və əhəmiyyəti öyrənilib.

Monoqrafiyanın elmi metodologiyası sənətşünaslıq təhlilləri, ümumiləşdirmələr və təsnifatlar üzərində qurulub. Azərbaycan sənətşünaslığında ilk dəfə olaraq təsviri sənətdə Heydər Əliyev obrazı konseptual kontekstdə ümumiləşdirilib, onun ideya-bədii, estetik, ictimai-siyasi, mənəvi-əxlaqi və tərbiyəvi xüsusiyyətlərinə qiymət verilib, bu obrazın müstəqilik dövrü Azərbaycan incəsənətindəki mövqeyi və daşıdığı əhəmiyyət əsaslandırılıb. Kitabda, həmçinin sənətşünaslıq təsnifatı baxımından bir sıra maraqlı yeniliklər əldə edilib, Heydər Əliyevin portretlərinin xarakterik xüsusiyyətləri öz əksini tapıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM