Alternative content

08:32 20 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Venesiya UNESKO-nun “qara siyahısı”na salına bilər
Venesiya UNESKO-nun “qara siyahısı”na salına bilər
ANA SƏHİFƏ / Mədəniyyət
18:52 29.01.2020
UNESKO-nun məşvərət missiyası qurumun Çində keçiriləcək 43-cü sessiyasına hazırlıq məqsədilə Venesiyaya gəlib.

AZƏRTAC xəbər verir ki, qapalı keçən bir neçə saatlıq iclasda mövcud sənədlərlə tanışlıq olub. Sonra isə missiya şəhərdə mədəni irs hesab edilən bütün abidələrə yenidən baxış keçirib.

Ötən ilin yayında şəhərin meri Luici Bruqnaro tərəfindən San-Marko hövzəsindəki gəmilərin köçürülməsi barədə edilən xahişə iyul ayında baxılması qərara alınıb. Bundan əlavə, Forte San-Feliçe adasının da mədəni irs siyahısına daxil edilməsi təklif olunub.

Qeyd edək ki, ötən yay Venesiya rəhbərliyi şəhəri UNESKO-nun "qara siyahısı”na salmağı təklif edib. Venesiya "qara siyahı”ya salınsa, bu şəhərə gələnlərə müəyyən məhdudiyyətlər tətbiq ediləcək. Meri kəskin tədbirlər görməyə vadar edən səbəb Venesiyanın əsas kanallarından birində gəminin kruiz gəmisi ilə toqquşması olub. Luici Bruqnaronun tələbi UNESKO mütəxəssisləri tərəfindən təsdiqlənərsə, şəhər məhv olmaq təhlükəsi olan abidələrin siyahısına daxil ediləcək. Bu məsələ qurumun 2019-cu ildə Bakıda keçirilən iclasında da müzakirə olunmuşdu.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM